Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
Hörmüz boğazını yenidən açaraq neft və təbii qaz axınını bərpa edəcək ABŞ ilə İran arasındakı razılaşmaya neft bazarları coşqu ilə reaksiya verib. Lakin analitiklər normala dönüşün aylar çəkə biləcəyi barədə xəbərdarlıq edirlər.
Marja xəbər verir ki. razılaşma təchizat risklərini və qiymətlər üzərində davamlı yuxarı istiqamətli təzyiqi azaldacaq. Bununla belə, gəmi sahibləri, sığorta şirkətləri və neft emalı zavodları arasında etimadın yenidən bərpa olunması daha uzun vaxt aparacaq.
Analitiklər bildirirlər ki, bir çox alıcı alternativ təchizat mənbələri və marşrutlar taparaq bu pozuntuya artıq uyğunlaşıb. Bu isə müharibədən əvvəlki ticarət vəziyyətinə birbaşa dönüşün olmayacağı deməkdir.
Çikaqoda yerləşən “Karobaar Capital”ın investisiya direktoru Haris Khurshid bildirib: “Bazar yenidən açılmanı sanki bir düyməni çevirmək kimi görməyə meyllidir. Amma reallıqda bu, daha çox prosesdir. Fiziki axınlar sürətlə bərpa oluna bilər. Etimad isə adətən belə olmur”.
Khurshid əlavə edib ki, boğazın yenidən açılması ilə kommersiya nəqliyyatının normala dönməsi iki fərqli məsələdir. Onun sözlərinə görə, bir çox alıcı aylar ərzində alternativ marşrutlar, təchizatçılar və ehtiyatlar tapmaq üçün çalışıb və boğazın yenidən açılmasından dərhal sonra bu istiqamətə qayıtmaya bilər.
“Phillip Nova”nın analitiki Priyanka Sachdeva bildirib: “Münaqişə başa çatmış və Hörmüz boğazından keçən neft axını tədricən normala dönsə də, artıq baş vermiş zərər bir gecədə aradan qaldırıla bilməz. Bu, yalnız neft infrastrukturuna dəymiş fiziki zərəri deyil, həm də aylarla yüksək enerji xərcləri ilə üzləşən neft idxal edən iqtisadiyyatların məruz qaldığı iqtisadi çətinliyi əhatə edir”.
“Saxo Markets”ın baş investisiya strateqi Charu Chanana isə bildirib: “Bazar Hörmüzün açılması ilə bağlı başlıqlara müsbət reaksiya versə də, əməliyyat reallığı böyük ehtimalla daha mürəkkəb olacaq. Çünki minaların təmizlənməsi, sığorta xərcləri, limanlarda sıxlıq və geosiyasi maneələr məsələləri mövcuddur”.
Xəbər verdiymiz kimi, ABŞ və İranın Yaxın Şərqdə aylarla davam edən münaqişəni bitirməyə və Hörmüz boğazını yenidən açmağa yönəlmiş sülh razılaşması əldə etməsindən sonra bazar ertəsi neft qiymətləri 5 faizə uaxın düşüb. Brent markalı neft fyuçersinin qiyməti 4,8 faiz azalaraq bir barel üçün 83,12 dollara geriləyib. West Texas Intermediate (WTI) markalı xam neft fyuçersləri isə 4,6 faiz ucuzlaşaraq bir barel üçün 80,95 dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
10 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 11 saat əvvəl
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə























