Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
Azerconnect Group və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azerconnect Group-un baş direktoru Emil Məsimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud imzalayıb.
Tərəfdaşlıq çərçivəsində Azerconnect Group təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllərlə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək. Tərəflər süni intellekt əsaslı həllərin tətbiqi ilə ziyarətçi davranışlarının təhlili, fərdiləşdirilmiş xidmətlərin təqdim olunması, interaktiv rəqəmsal xəritələrin və audio bələdçinin yaradılması, smart turizm ekosisteminin qurulması kimi sahələrdə əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin formalaşdırılması istiqamətində layihələr icra olunacaq.
Azerconnect Group-un baş direktoru Emil Məsimov tədbirdə çıxışı zamanı tərəfdaşlığın tarixi məkanların rəqəmsal transformasiyası prosesində yeni imkanlar açacağını vurğulayıb:
“İçərişəhər Azərbaycanın mədəni kimliyini yaşadan mühüm tarixi məkanlardan biridir. Azerconnect Group olaraq biz bu unikal mühitdə rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək ziyarətçi təcrübəsini daha da təkmilləşdirməyi, tarixi irsimizin qorunmasına töhfə verməyi hədəfləyirik. Təqdim edəcəyimiz süni intellekt əsaslı texnologiyalar, smart turizm həlləri İçərişəhəri yerli sakinlər və xarici qonaqlar üçün daha da innovativ məkana çevirəcək”.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək bu kimi əməkdaşlıqların tarixi irsimizə və müasir idarəetmə yanaşmalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyıdığını vurğulayıb:
“İçərişəhər tarixi irsin mühafizəsi sahəsində ənənəvi yanaşmaları müasir texnologiyalarla inteqrasiya edərək “Ağıllı Qoruq” modelini formalaşdırır. Rəqəmsal idarəetmə sistemləri, məlumat əsaslı qərarvermə və davamlı şəhər idarəçiliyi alətləri qoruğun daha səmərəli idarə olunmasına xidmət edir. Bu transformasiya tarixi-mədəni dəyərlərin qorunmasını təmin etməklə yanaşı, bütün maraqlı tərəflər üçün daha keyfiyyətli və innovativ mühit yaradır”.
Regionun aparıcı İKT şirkəti Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech, Media/TV sahəsində rəqəmsal xidmətlər təqdim edir. 6 milyona yaxın müştəriyə süni intellekt əsaslı həllər təqdim edən Azerconnect Group-a Bakcell, AzerTelecom, Citynet, UltraNet, Goldenpay, DataSphere, NewMedia kimi şirkətlər daxildir. 4000-dən çox mütəxəssisin çalışdığı Azerconnect Group Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən biridir.
Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 3 saat sonra
-
-
37 d. əvvəl
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
3 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
Ən çox oxunanlar
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az
























