Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
Avropa Mərkəzi Bankı bütün faiz dərəcələrini 25 baza bəndi (0,25 faiz bəndi) artırmaq barədə qərar qəbul edib.
Marja xəbər verir ki, Bank depozit faizini 2,25 faizə yüksəldib. Əsas yenidən maliyyələşdirmə faizi 2,40 faizə qaldırılıb, gecəlik borclanma faizi isə 2,65 faiz olub.
İqtisadçıların proqnozu faizlərin 25 baza bəndi artırılması istiqamətində idi.
AMB bu qərarı ilə 2023-cü ildən sonra ilk dəfə faiz artımına gedib.
AMB yaydığı press-relizdə, “inflyasiya üçün yuxarı istiqamətli risklər və iqtisadi artım üçün aşağı istiqamətli risklər fonunda perspektiv qeyri-müəyyən olaraq qalır” bildirilib.
AMB qeyd edib ki, “müharibənin orta müddətli inflyasiya və iqtisadi artım üzərində tam təsirləri enerji qiyməti şokunun intensivliyindən və müddətindən, həmçinin dolayı və ikinci mərhələ təsirlərinin miqyasından asılı olacaq”.
Bu faiz artımı Yaxın Şərqdəki münaqişələrin neft qiymətlərində yüksəlişə səbəb olmasından sonra böyük mərkəzi bank tərəfindən verilən ilk pul siyasəti reaksiyası olub.
Münaqişələrin dördüncü ayına daxil olması ilə Avrozonadakı rəsmilər inflyasiyanın enerji sektorundan kənara yayıldığından və yaxın vaxtlarda sülh sazişi imzalansa belə, bunun asanlıqla nəzarət altına alına bilməyəcəyindən narahatdırlar.
Bu narahatlıqlar AMB-nin yeni rüblük proqnozlarında da əksini tapıb. Bank istehlak qiymətlərinin bu il əvvəl nəzərdə tutulduğundan daha sürətlə artacağını, lakin 2028-ci ildə 2 faizlik hədəfə enəcəyini proqnozlaşdırıb.
Bununla belə, AMB-nin üzləşdiyi çətin vəziyyəti göstərən yeni mənzərə inflyasiya və artan borclanma xərclərinin alıcılıq qabiliyyətini zəiflətməsi fonunda iqtisadi artımın da azalmasının gözlənildiyini ortaya qoyub.
İqtisadi gözləntilərdə yenilənmə
Bankın qərar mətnində iqtisadi göstəricilərlə bağlı proqnozlarda dəyişikliklər də elan edilib.
Bankın 2026-cı il üzrə Avrozona inflyasiya proqnozu 3 faizə yüksəlib. Mart ayında bu proqnoz 2,6 faiz idi.
2027-ci il üzrə inflyasiya proqnozu da 2 faizdən 2,3 faizə qaldırılıb.
Baza inflyasiya proqnozları da 2026-cı il üçün 2,3 faizdən 2,5 faizə, 2027-ci il üçün isə 2,2 faizdən 2,5 faizə yüksəldilib.
İqtisadi artım proqnozları isə aşağıya doğru dəyişdirilib. 2026-cı il üzrə iqtisadi artım gözləntisi 0,9 faizdən 0,8 faizə, 2027-ci il üzrə artım gözləntisi isə 1,3 faizdən 1,2 faizə endirilib.
Lagarde: Faizlərin artırılması böyük enerji şokuna cavabdır
Qərardan sonra keçirilən mətbuat konfransında çıxış edən AMB sədri Christine Lagarde (Kristin Laqard) bildirib ki, Yaxın Şərqdəki müharibə inflyasiya təzyiqləri yaradır və faizlərin artırılması böyük enerji şokuna cavabdır. Faiz qərarının yekdilliklə qəbul edildiyini deyən Lagarde hər bir halda bütün alətlərdən istifadə etməyə hazır olduqları mesajını verib.
Lagarde inflyasiyanın ciddi şəkildə davamlı və kəskin formada hədəfdən yayınacağı ssenaridə daha sərt tədbirlər görəcəklərini qeyd edib.
Lagarde-ın çıxışında əsas məqamlar belə olub:
-Perspektiv qeyri-müəyyən olaraq qalır. Xüsusilə xidmət sektorunda yavaşlama başlayıb.
-Yaxın Şərqdəki hadisələr iqtisadi fəaliyyəti təsir altında saxlayır.
-Əmək bazarı gücünü qoruyub. Daxili tələb "soyumaqda" davam edib.
"İnflyasiya 2027-ci ilin ikinci yarısında hədəfə qayıtdıqda qiymətlər də azalacaq. Enerji qiymətləri gözləniləndən daha yüksək səviyyədə qalarsa, inflyasiyaya daha genişmiqyaslı təsir göstərə bilər. Enerji qiymətlərini yaxından izləyəcəyik".
İqtisadi artım perspektivində risklər aşağı istiqamətlidir. İnflyasiya perspektivində risklər isə yuxarı istiqamətlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
11 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
13 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
13 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
14 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















