Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ucuz un, un məmulatları biznesinin qazancını "əridə" bilər – “ATS Mill”dən xəbərdarlıq. "Keyfiyyətli un isə daha çox xəmir, daha çox məhsul, daha çox gəlir deməkdir".Əsəd Qurbanzadə: “Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir”
Müasir çörəkçilik və un məmulatları bazarında rəqabət üstünlüyü artıq yalnız məhsulun satış qiyməti ilə deyil, istehsalın səmərəliliyi, xammalın keyfiyyəti və maya dəyərinin düzgün idarə olunması ilə müəyyən edilir. Bu baxımdan istifadə olunan unun texnoloji göstəriciləri sahibkarların gəlirliliyinə birbaşa təsir edən əsas amillərdən biri kimi çıxış edir.
Azərbaycanın aparıcı aqrar-sənaye qruplarından olan "Agro Dairy"in taxıl emalı istiqaməti üzrə fəaliyyət göstərən "ATS Mill" müəssisəsi məhz bu yanaşmanı əsas götürərək bazara yüksək keyfiyyət, sabit texnoloji göstəricilər və optimal iqtisadi səmərəlilik təqdim edir.
Mövzunu şərh edən "Agro Dairy Qrupu"nun Kommersiya üzrə Baş Direktoru və İdarə Heyətinin üzvü Əsəd Qurbanzadə Marja.az-a bildirib ki, çörəkçilik biznesində ən böyük yanlışlıqlardan biri un seçiminin yalnız alış qiyməti əsasında aparılmasıdır:
“Peşəkar istehsalçılar üçün əsas göstərici unun bir tonunun qiyməti deyil, həmin undan əldə olunan son məhsulun maya dəyəridir. Bir çox hallarda daha ucuz görünən xammal istehsal prosesində əlavə maya, yaxşılaşdırıcı, enerji və əmək sərfi yaratmaqla biznes üçün gizli xərclər formalaşdırır. Nəticədə ilkin qənaət təsiri itir və məhsulun faktiki maya dəyəri yüksəlir.
Yüksək qlütenli, stabil keyfiyyət göstəricilərinə malik və düzgün emal edilmiş un isə daha yüksək su udma qabiliyyəti hesabına eyni həcmdə xammaldan daha çox xəmir və daha çox hazır məhsul əldə etməyə imkan verir. Bu, birbaşa olaraq istehsalın məhsuldarlığını artırır, tullantıları azaldır və rentabelliyi yüksəldir.”
Əsəd Qurbanzadənin sözlərinə görə, "ATS Mill"də əsas prioritet yalnız un satışı deyil, tərəfdaş müəssisələrin iqtisadi səmərəliliyinin artırılmasıdır:
“Biz müştərilərimizə sadəcə məhsul təqdim etmirik. Məqsədimiz onların istehsal prosesində sabitlik yaratmaq, məhsul keyfiyyətini qorumaq və gəlirliliyini artırmaqdır.
Uzunmüddətli tərəfdaşlıq məhz qarşı tərəfin biznes nəticələrinin yaxşılaşması üzərində qurulur. Buna görə də hər bir məhsulumuzun arxasında həm texnoloji, həm də iqtisadi əsaslandırma dayanır.”
Qarabağdan beynəlxalq bazarlara uzanan inkişaf strategiyası
"Agro Dairy" son illərdə ölkənin aqrar-sənaye sektorunda həyata keçirdiyi investisiyalarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə iqtisadi aktivliyin formalaşmasına da töhfə verir. Şirkət Qarabağ bölgəsində ilk kommersiya satışlarını həyata keçirən yerli müəssisələrdən biri olaraq regionun istehsal və logistika potensialından səmərəli istifadə edir.
Qrup paralel olaraq un və un məhsullarının xarici bazarlara çıxış imkanlarını genişləndirir. Hazırda müxtəlif regional bazarlar üzrə aparılan araşdırmalar və kommersiya danışıqları çərçivəsində Türkiyə, İraq, Əfqanıstan və digər perspektivli istiqamətlərdə mövqelərin gücləndirilməsi hədəflənir.
Dövlət dəstəyi ixracın rəqabət qabiliyyətini artıracaq
Əsəd Qurbanzadə qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Fərmana əsasən, ixrac edilən məhsullar üzrə nəqliyyat xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən kompensasiya olunması Azərbaycan istehsalçılarının xarici bazarlarda daha rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək.
Bu qərarın sektor üçün strateji əhəmiyyətini dəyərləndirən Əsəd Qurbanzadə bildirib:
“Un və un məhsulları seqmentində logistika xərcləri son məhsulun maya dəyərində əhəmiyyətli paya malikdir. Xüsusilə uzaq bazarlara çıxış zamanı nəqliyyat xərcləri istehsalçının rəqabət imkanlarını birbaşa müəyyən edir.
Dövlət tərəfindən təqdim olunan bu dəstək mexanizmi Azərbaycan istehsalçılarının yeni bazarlara daha çevik daxil olmasına, məhsullarını daha rəqabətli qiymətlərlə təklif etməsinə və ixrac coğrafiyasını genişləndirməsinə imkan yaradacaq. Bu, təkcə ayrı-ayrı müəssisələrin deyil, ümumilikdə ölkənin qeyri-neft ixrac potensialının gücləndirilməsi baxımından mühüm addımdır.”
Onun sözlərinə görə, 2026-cı il sentyabrın 1-dən tətbiq ediləcək güzəşt mexanizmi regional logistika imkanlarının daha da genişlənəcəyi dövrədək ixracatçılar üçün əlavə rəqabət üstünlüyü formalaşdıracaq və yeni bazarlarda dayanıqlı satış kanallarının qurulmasını sürətləndirəcək.
Davamlı inkişaf və ixrac yönümlü istehsal
"ATS Mill" ötən il yerli ərzaqlıq buğdanın emalı istiqamətində 67 min tonluq istehsal göstəricisinə nail olub. Müəssisə bu nəticəni istehsal səmərəliliyinin artırılması, xammal təminatının gücləndirilməsi və dövlət dəstək mexanizmlərindən effektiv istifadə hesabına əldə edib.
Şirkət hesab edir ki, ölkədə formalaşan müasir aqrar-sənaye infrastrukturu, ixracın təşviqi alətləri, logistika sahəsində dövlət dəstəyi və yerli istehsalçıların artan rəqabət qabiliyyəti Azərbaycan un sənayesinin regional bazarlarda mövqelərini daha da gücləndirəcək, qeyri-neft ixracının artırılmasına və milli brendlərin beynəlxalq bazarlarda tanınmasına mühüm töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 2 saat sonra
-
-
1 d. əvvəl
SOCAR “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb
- 13 d. əvvəl
-
1 saat əvvəl
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
- 2 saat əvvəl
-
2 saat əvvəl
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
3 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 4 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
400 milyard dollarlıq meqasaziş müzakirə olunur
Ən çox oxunanlar
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!





















