Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Dövlət bankı səhiyyə sahəsində çalışanlara sərfəli şərtlərlə kreditlər təklif edir. Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9%-dir.(®) Dövlət bankı Azər Türk Bank səhiyyə sahəsində çalışan şəxslərə sərfəli şərtlərlə zaminsiz istehlak kreditləri təklif edir. Kreditin maksimal məbləği 80 000 manatdır.
Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9%-dir.
Kreditlər 59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir.
Bir ildən artıq müddətə kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.
Bank 24, 36, 48 və 60 ayadək müddətə olan kreditləri, müvafiq olaraq, illik 11,9%,12,9%, 13,9%, 15,9%-lə təklif edir.
Qeyd edək ki, digər banklarda krediti olan səhiyyə işçiləri mövcud olan kredit öhdəliyini Azər Türk Bankda daha aşağı faiz dərəcəsi, daha uzun müddət və ya daha uyğun aylıq ödənişlərlə refinans edə, yəni yeni bir kreditlə əvəz edə bilərlər. Refinans edilən kreditin məbləği 10 000 manatdan yuxarıdırsa xidmət haqqı 0% təşkil edir
Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.
Kampaniya 2026-ci il 30 iyun daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?





















