Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. 2025-ci ilin sonuna şirkətin kapitalında iki səhmdarın hər biri 50% paya malik olub.
Marja.az-ın BOKT-ın maliyyə hesabatına əsasən xəbərinə, 31 dekabr 2025-ci il tarixinə BOKT-un səhmdarları Kazım Hüseynov və Səbuhi Əzizov olub. Onların hər biri şirkətin kapitalında 50% paya sahibdir.
2024-cü ilin sonuna isə şirkətin səhmdar strukturu fərqli idi. Həmin tarixə Kazım Hüseynov 20%, Səbuhi Əzizov 20%, Elmar Məmmədov isə 60% paya malik olub.
Beləliklə, 2025-ci ildə Elmar Məmmədov şirkətin səhmdarları sırasından çıxıb, Kazım Hüseynov və Sabuhi Əzizovun payları isə hər biri üzrə 20%-dən 50%-ə yüksəlib. Hər iki səhmdarın payında 30 faiz bəndi artım qeydə alınıb.
“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC 24 aprel 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. BOKT-un əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə qısa və uzunmüddətli, təminatlı və təminatsız kreditlərin verilməsi də daxil olmaqla maliyyə xidmətlərinin göstərilməsindən ibarətdir.
Kredit şirkəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014-cü il tarixli, 06-02069-2014 nömrəli xüsusi razılıq — lisenziya əsasında fəaliyyət göstərir.
Nizamnamə kapitalı 1,7 milyon manatdır
31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə BOKT-un təsdiq olunmuş və tam ödənilmiş səhmlərinin sayı 17 min 220 ədəd olub. Hər bir səhmin nominal dəyəri 100 manat təşkil edib.
Buna əsasən, şirkətin nizamnamə kapitalı 1 milyon 722 min manat səviyyəsindədir.
Hesabata görə, 31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə “Azərbaycan Mikro-Kredit” BOKT-un Azərbaycanda 4 filialı mövcud olub.
Şirkətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, AZ1095, Nizami küçəsi, ev 68.
Səhmdar strukturunda baş verən dəyişiklik şirkətdə nəzarətin daha konsentrasiyalı formaya keçdiyini göstərir. 2024-cü ildə əsas pay sahibi 60%-lik iştirakla Elmar Məmmədov olduğu halda, 2025-ci ilin sonunda şirkət iki bərabər payçı arasında bölünüb.
Bu dəyişiklik nəticəsində Kazım Hüseynov və Sabuhi Əzizovun şirkətdə təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Hər iki səhmdarın 50%-lik paya sahib olması idarəetmə qərarlarında balanslaşdırılmış iştirak modelinin formalaşdığını göstərir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
9 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
-
10 saat əvvəl
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda 15 faiz gəlirli istiqrazlar tam satıldı – 51 investor iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Ən çox oxunanlar
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























