"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
“Kred Aqro” Bank olmayan kredit təşkilatı MMC-nin 2025 ci ilin yekunlarına dair hesabatı“Kred Aqro” Bank olmayan kredit təşkilatı 2000 ci ildə Azərbaycan Respublikasında fəaliyyət göstərir. Hal hazırda bir Baş ofis və regionlarda yerləşən 8 filial şəbəkəsi ilə müştərilərə xidmət göstərməkdədir. Təşkilat öz müştərilərinə biznes, şəxsi istehlak, kənd təsərüffatı, lizinq, Lombard və rəqəmsal platforma üzərindən online istehlak kreditlərini təklif edir. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəldilməsi və bu xidmətlərin çeşid və əhatə dairəsinin genişləndirilməsi Təşkilatın əsas məqsədlərindən biridir. Beləliklə qeyd olunmalıdır ki, təşkilat, müştərilərin məmnuniyyətinin artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmiş və gələcək illərdə də bu tendensiyanın davam etdirməsi istiqamətində çalışır.
“KredAqro” BOKT MMC-nin yaydığı press-relizdə bildirilir ki, 2025-cü ildə, 2024-cü ilin sonu ilə müqayisədə “KredAqro” BOKT-ın ümumi faiz gəlirləri 7 milyon 926 min 73 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Digər müsbət göstərici olaraq, təşkilatın xalis kredit portfeli ötən il ilə müqayisədə 30 milyon 877 min 392 manat artım olmuş və problemli kreditlərin səviyyəsi ötən illə müqayisədə 0.85% nisbətində azalmışdır.
KredAqro” Bank Olmayan Kredit Təşkilatı 2025-cü ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə artım dinamikasini qorumuş və bazarda mövqeyini möhkəmləndirmişdir. Real sektorun, ev təsərrüfatlarının, müştərilərin şəxsi istehlaklarının dəstəklənməsi istiqamətində və yeni rəqəmsal məhsulların inkişafı istiqamətində aktiv fəaliyyətlərini davam etdirən “KredAqro” BOKT MMC, 2025-ci ili 2 milyon 231 min 919 manat xalis mənfəətlə başa vurmuşdur. Bildirmək istəyirik ki, təşkilat 2024-cü ili 112 min 83 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “KredAqro” BOKT-ın xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 20 dəfə artıb.
Qeyd edilib ki, 2025-ci ilin yekunlarına görə, “KredAqro” BOKT MMC-nin cəmi aktivləri 53 milyon 168 min 450 manat olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artım olmuşdur. Təşkilatın xalis kredit portfeli 37 milyon 446 min 568 manat olmuşdur ki, bu da ötən ilki göstərici ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Qeyd etmək istəyirik ki, təşkilat 2025 ci il üzrə, üzərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirmişdir.
Eyni zamanda, qeyd edilib ki, 2024 cü il ərzində istifadəyə verilmiş təşkilatın xüsusi mobil tətbiqi cari il ərzində təkmilləşdirilmiş və tam olaraq avtomatlaşdırılmışdır. Tam avtomotlaşdırılmış rəqəmsal məhsul olan “Mobil Kredit” məhsulunu öz müştərilərinə təqdim etmişdir. Belə ki, “Mobil Kredit” məhsulu tam olaraq avtomatlaşdırılmış və şəxsi istehlak məqsədi üçün online qaydada verilən kredit məhsuludur. Bundan başqa qeyd olunmalıdır ki, təşkilat, risklərin minimuma endirilməsi istiqamətində innovativ tədbirlər həyata keçirmiş və bu istiqamətdə də əsaslı rəqəmsallaşma modelləri tətbiq etmişdir.
Vurğulanıb ki, Təşkilatın maliyyə göstəricilərinin ötən ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamikası müşahidə olunur və tətbiq edilən innovativ həllər, qarşıdakı illərdə də bu müsbət tendensiyaların qoruyacağı və gəlirlərinin artacağından xəbər verir.
“KredAqro” BOKT MMC–nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0711 qısa nömrəsi ilə Məlumat Mərkəzinə zəng edərək, habelə Təşkiatımızın rəsmi internet səhifəsi olan www.kredaqro.comvə ya sosial şəbəkələrdəki (Facebook, Instagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
1 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
2 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır







.jpg)




.jpg)




