Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
(®) Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” istifadəçilərə “istifadə etdiyin qədər ödə” (Pay-as-you-go) modelini təklif edir.
“AZINCLOUD” biznesləri maliyyə yükündən azad edərək, ilkin sərmayə olmadan, istifadə olunan resurslara görə ödəniş etmək və İT xərclərini optimallaşdırmaq imkanı yaradır.
Ödəniş üçün abunəçinin platformada bank kartı detallarını bir dəfə qeyd etməsi kifayət edir və hər ayın sonunda istifadə olunan xidmət həcminə uyğun müvafiq məbləğ avtomatik balansdan çıxılır. Eyni zamanda, sistem vasitəsilə hər bir müştəri şəxsi hesabından ödəniş tarixçəsinə maneəsiz nəzarət edə bilir. Platforma Azərbaycan dilində interfeysə malikdir və bütün xidmətlər Azərbaycan manatı ilə təqdim edilir ki, bu da əlavə bank komissiyalarını aradan qaldırır.
Qeyd edək ki, istifadəçilər istənilən vaxt abunəliyini sonlandırma hüququna da malikdir.
“AZINCLOUD” haqqında
Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi “Gcore” ilə əməkdaşlığı çərçivəsində yaradılıb. “AZINCLOUD” platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?




















