970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır

ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə namizədi Kevin Uorş Senat tərəfindən təsdiqlənib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Senatı Kevin Warsh-un (Kevin Uorş) ABŞ Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi, FED) sədri vəzifəsinə təsdiqləyib.

Marja.az xəbər verir ki, bu vəziyyət FED-də son illərin ən mübahisəli rəhbərlik dəyişikliklərindən biri kimi qiymətləndirilir və qurumun siyasi müstəqilliyi baxımından da mühüm sınaq hesab olunur.

Çərşənbə günü keçirilən səsvermədə Kevin Warsh Senatdan 45-ə qarşı 54 səslə təsdiq alıb. Bu nəticə FED sədrliyi üçün indiyədək qeydə alınmış ən aşağı fərqlərdən biri kimi tarixə düşüb.

Səsvermənin nəticəsi Konqresdəki siyasi qütbləşməni, eləcə də demokratların Kevin Warsh-un ABŞ Prezidenti Donald Trampın faiz dərəcələrinin sürətlə aşağı salınması ilə bağlı tələblərinə yaxın mövqe tuta biləcəyi barədə narahatlıqlarını əks etdirib.

Demokrat Partiyasından yalnız Pensilvaniya ştatının senatoru Con Fetterman mövcud FED sədri Cerom Pauellin yerinə Warşun gətirilməsini dəstəkləyərək partiya xəttindən kənara çıxıb. Warsh-un aldığı səs nisbəti 2014-cü ildə Canet Yellenin 26-ya qarşı 56 səslə aldığı təsdiqdən də aşağı olub.

Keçmişdə Fed sədrliyinə namizədlərin hər iki partiyadan geniş dəstək aldığı qeyd olunaraq, Alan Qrinspenin 2000-ci ildə FED sədrliyi vəzifəsini davam etdirmək üçün yekdilliklə dəstək aldığı xatırladılıb.

Beləliklə, Uorş, Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsini rəsmi səlahiyyət müddəti 15 mayda başa çatan hazırkı FED sədri Cerom Pauelldən təhvil alacaq.

Pauell FED-də İdarə Heyətinin üzvü olaraq qalacaq.

Andiçmə mərasimindən sonra Varşın dörd illik müddətə başlaması və 16-17 iyun tarixlərində keçiriləcək növbəti Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasına sədrlik etməsi gözlənilir.

Yanvarın 30-da ABŞ prezidenti Tramp FED-in keçmiş İdarə Heyətinin üzvü Kevin Uorşu Fed-in rəhbəri vəzifəsinə namizəd göstərdiyini açıqlayıb.

Qlobal bazarlarda hər kəsin haqqında danışdığı ad: Kevin Warsh kimdir?

Kevin Uorş 13 aprel 1970-ci ildə Nyu-Yorkda anadan olub. O, Stanford Universitetində iqtisadiyyat və statistika ixtisası üzrə təhsil almış və 1992-ci ildə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

O, Harvard Hüquq Məktəbində hüquq, iqtisadiyyat və tənzimləyici siyasətin kəsişməsinə diqqət yetirərək təhsil almış və 1995-ci ildə hüquq dərəcəsi almışdır. O, həmçinin Harvard Biznes Məktəbində və Massaçusets Texnologiya İnstitutunun Sloan İdarəetmə Məktəbində bazar iqtisadiyyatı və borc kapitalı bazarları üzrə kursları bitirmişdir.

1995-ci ildə Nyu-Yorkdakı "Morgan Stanley & Co." şirkətinin birləşmə və satınalmalar şöbəsinə qoşulub.

2002-ci ilin fevral ayında o, Prezident Corc Buşun administrasiyasına qoşulmaq üçün Morgan Stanley & Co. şirkətində vitse-prezident və icraçı direktor vəzifəsindən ayrılıb. O, prezidentin iqtisadi siyasət üzrə xüsusi köməkçisi və Milli İqtisadi Şurada icraçı katib vəzifələrində çalışdı.

Uorş prezidentə və yüksək vəzifəli administrasiya rəsmilərinə ABŞ iqtisadiyyatı ilə bağlı məsələlərdə, xüsusən də kapital bazarlarında, qiymətli kağızlarda, bankçılıqda və sığortada vəsait axınları ilə bağlı məsləhətlər vermişdir. Bu müddət ərzində o, həmçinin Prezidentin Maliyyə Bazarları üzrə İşçi Qrupunun üzvü olmuşdur.

O, əvvəllər FED-də işləyib.

Buş 2006-cı ildə Uorşu Fed-in İdarə Heyətinə namizəd göstərib. Səlahiyyət müddəti ərzində o, İdarə Heyətinin G20-dəki nümayəndəsi və Asiyanın inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatları üzrə səfiri vəzifələrində çalışıb. Uorş bu vəzifəni 31 mart 2011-ci ildə tərk edib.

İş elanları AzVak.az-da

14.05.2026 08:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19