"Novex Group" Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə iştirak edir - VİDEO
Novex Group-un tərkibinə daxil olan müəssisələrdə Jalə, Natura, Zolotoy sad, Frutiva, Mia, I’m tea, Bağdan, Çörəkçi, Bismak və Mr.Pekar markalarının məhsulları istehsal olunur."Novex Group" qida sənayesində formalaşdırdığı güclü istehsal bazasını və məhsul müxtəlifliyini nümayiş etdirərək 5 – 8 may tarixlərində "Baku Expo Mərkəzi"ndə keçirilən "InterFood Azerbaijan 2026" - Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir. Şirkətlər qrupu sərgidə vahid stend çərçivəsində istehsal gücünü, məhsul keyfiyyətini və bazar yönümlü yanaşmasını təqdim edir.
Novex Group-un tərkibinə daxil olan Qəbələ Konserv Zavodu, Lənkəran Konserv Zavodu, Quba Konserv Zavodu və ATS Food şirkəti tərəfindən istehsal olunan məhsullar sərgidə geniş şəkildə nümayiş olunur. Bu müəssisələrdə Jalə, Natura, Zolotoy sad, Frutiva, Mia, I’m tea, Bağdan markalarının təbii meyvə şirələri, kompotları, mürəbbə və turşuları, Çörəkçi, Bismak və Mr.Pekar markalarının isə un və çörək məmulatları, şirniyyat məhsulları, peçenye, kreker və digər un əsaslı məhsullar istehsal edilir.
Novex Group-un fəaliyyətində daxili distribusiya sistemi strateji rol oynayır. Qrupun distribusiya şirkəti olan "Mars Overseas" vasitəsilə məhsullar ölkə üzrə geniş şəkildə paylanır, eyni zamanda iri pərakəndə satış şəbəkələri ilə qurulmuş əməkdaşlıq məhsulların istehlakçılara davamlı və əlçatan şəkildə çatdırılmasını təmin edir.
İxrac fəaliyyəti də Novex Group-un inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət məhsullarını artıq MDB ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya regionlarına, həmçinin Amerikaya ixrac edir və beynəlxalq bazarlarda iştirakını mərhələli şəkildə genişləndirir. Bu istiqamətdə əsas prioritetlər məhsul keyfiyyətinin qorunması, yeni bazarlara çıxış və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır.
Novex Group istehsal prosesində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına xüsusi önəm verir. Şirkətin müəssisələrində tətbiq olunan FSSC 22000 (Food Safety System Certification 22000) qida təhlükəsizliyi idarəetmə sistemi məhsulların bütün istehsal zənciri boyunca təhlükəsizliyini təmin edir. Bu sertifikat beynəlxalq tələblərə uyğun olaraq qurulmuş sistemləri əhatə edir və qlobal bazarlarda etibarlılığı artıran əsas göstəricilərdən biri hesab olunur.
Novex Group-un InterFood Azerbaijan sərgisində iştirakı şirkətin yalnız məhsul istehsalçısı kimi deyil, eyni zamanda beynəlxalq standartlara uyğun fəaliyyət göstərən güclü qida sənayesi iştirakçısı kimi mövqeyini bir daha təsdiqləyir və bu platforma çərçivəsində qurulan yeni əlaqələr şirkətin gələcək inkişaf mərhələsinə töhfə verir.
Qeyd edək ki, InterFood Azerbaijan regionun ən böyük qida sənayesi tədbirlərindən biri hesab olunur və hər il yüzlərlə yerli və beynəlxalq şirkəti bir araya gətirir. Bu il sərgidə 45 ölkədən 447 şirkətin iştirakı təsdiqlənmişdir və tədbir qida sənayesinin müxtəlif sahələrini əhatə edir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
2 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
3 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
-
3 saat əvvəl
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 15 faiz gəlirli istiqrazlar tam satıldı – 51 investor iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Ən çox oxunanlar
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























