970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Novex Group" Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə iştirak edir - VİDEO

Novex Group-un tərkibinə daxil olan müəssisələrdə Jalə, Natura, Zolotoy sad, Frutiva, Mia, I’m tea, Bağdan, Çörəkçi, Bismak və Mr.Pekar markalarının məhsulları istehsal olunur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Novex Group" Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə iştirak edir - VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Novex Group" qida sənayesində formalaşdırdığı güclü istehsal bazasını və məhsul müxtəlifliyini nümayiş etdirərək 5 – 8 may tarixlərində "Baku Expo Mərkəzi"ndə keçirilən "InterFood Azerbaijan 2026" - Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir. Şirkətlər qrupu sərgidə vahid stend çərçivəsində istehsal gücünü, məhsul keyfiyyətini və bazar yönümlü yanaşmasını təqdim edir.

Novex Group-un tərkibinə daxil olan Qəbələ Konserv Zavodu, Lənkəran Konserv Zavodu, Quba Konserv Zavodu və ATS Food şirkəti tərəfindən istehsal olunan məhsullar sərgidə geniş şəkildə nümayiş olunur. Bu müəssisələrdə Jalə, Natura, Zolotoy sad, Frutiva, Mia, I’m tea, Bağdan markalarının təbii meyvə şirələri, kompotları, mürəbbə və turşuları, Çörəkçi, Bismak və Mr.Pekar markalarının isə un və çörək məmulatları, şirniyyat məhsulları, peçenye, kreker və digər un əsaslı məhsullar istehsal edilir.

Novex Group-un fəaliyyətində daxili distribusiya sistemi strateji rol oynayır. Qrupun distribusiya şirkəti olan "Mars Overseas" vasitəsilə məhsullar ölkə üzrə geniş şəkildə paylanır, eyni zamanda iri pərakəndə satış şəbəkələri ilə qurulmuş əməkdaşlıq məhsulların istehlakçılara davamlı və əlçatan şəkildə çatdırılmasını təmin edir.

İxrac fəaliyyəti də Novex Group-un inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət məhsullarını artıq MDB ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya regionlarına, həmçinin Amerikaya ixrac edir və beynəlxalq bazarlarda iştirakını mərhələli şəkildə genişləndirir. Bu istiqamətdə əsas prioritetlər məhsul keyfiyyətinin qorunması, yeni bazarlara çıxış və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır.

Novex Group istehsal prosesində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına xüsusi önəm verir. Şirkətin müəssisələrində tətbiq olunan FSSC 22000 (Food Safety System Certification 22000) qida təhlükəsizliyi idarəetmə sistemi məhsulların bütün istehsal zənciri boyunca təhlükəsizliyini təmin edir. Bu sertifikat beynəlxalq tələblərə uyğun olaraq qurulmuş sistemləri əhatə edir və qlobal bazarlarda etibarlılığı artıran əsas göstəricilərdən biri hesab olunur.

İş elanları AzVak.az-da

Novex Group-un InterFood Azerbaijan sərgisində iştirakı şirkətin yalnız məhsul istehsalçısı kimi deyil, eyni zamanda beynəlxalq standartlara uyğun fəaliyyət göstərən güclü qida sənayesi iştirakçısı kimi mövqeyini bir daha təsdiqləyir və bu platforma çərçivəsində qurulan yeni əlaqələr şirkətin gələcək inkişaf mərhələsinə töhfə verir.

Qeyd edək ki, InterFood Azerbaijan regionun ən böyük qida sənayesi tədbirlərindən biri hesab olunur və hər il yüzlərlə yerli və beynəlxalq şirkəti bir araya gətirir. Bu il sərgidə 45 ölkədən 447 şirkətin iştirakı təsdiqlənmişdir və tədbir qida sənayesinin müxtəlif sahələrini əhatə edir.

Novex Group InterFood Azerbaijan 2026 InterFood Azerbaijan sərgisi qida sənayesi sərgisi Baku Expo Mərkəzi Novex Group məhsulları Qəbələ Konserv Zavodu Lənkəran Konserv Zavodu Quba Konserv Zavodu ATS Food Jalə şirələri Natura məhsulları Zolotoy sad Frutiva Mia içkiləri I’m tea Bağdan markası Çörəkçi Bismak Mr.Pekar təbii meyvə şirələri kompot istehsalı mürəbbə və turşular un və çörək məhsulları şirniyyat məhsulları peçenye və krekerlər Azərbaycan qida sənayesi yerli qida istehsalı qida məhsulları istehsalı distribusiya şirkəti Mars Overseas pərakəndə satış
07.05.2026 09:19
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19