iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
Apple şirkəti 2026-cı ilin yanvar-mart dövründə 57 milyard dollarlıq iPhone satıb.ABŞ-ın texnologiya nəhəngi Apple üç aylıq dövrdə gəlirini illik müqayisədə təxminən 17 faiz artıraraq bazar gözləntilərini üstələyib.
Maliyyə təqviminə görə 28 mart 2026-cı ildə başa çatan üç aylıq dövrü 2026-cı maliyyə ilinin ikinci rübü kimi qəbul edən Apple şirkəti, həmin dövrə dair maliyyə hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövründəki 95,4 milyard dollardan təxminən 17 faiz artaraq 111,2 milyard dollara yüksəlib.
Eyni dövrdə xalis mənfəət də 19 faiz artaraq 24,8 milyard dollardan 29,6 milyard dollara yüksəlib. Şirkətin səhmbaşına mənfəəti isə 1,65 dollardan 2,01 dollara qalxıb.
Apple-ın həm gəliri, həm də xalis mənfəəti qeyd olunan dövrdə bazar proqnozlarını üstələyib.
iPhone satışları artıb
Bu dövrdə Apple-ın iPhone, Mac və iPad satışlarında artım qeydə alınıb.
iPhone satışları 28 martda başa çatan üç aylıq dövrdə illik müqayisədə 22 faiz artaraq təxminən 56,99 milyard dollar səviyyəsinə çatıb. Lakin satışların artmasına baxmayaraq, bu göstərici bazar proqnozundan (proqnoz 57,21 milyard dollar) aşağı qalıb.
Eyni dövrdə Mac satışları təxminən 6 faiz artaraq 8,4 milyard dollar, iPad satışları isə 8 faiz yüksələrək 6,9 milyard dollar təşkil edib.
100 milyard dollara qədər səhm geri alımı elan edilib
Şirkətin açıqlamasında bildirilib ki, xidmətlərdən əldə olunan gəlir 16 faiz artaraq 30,98 milyard dollara yüksəlib və rüblük əsasda rekord həddə çatıb.
Apple Direktorlar Şurasının səhmbaşına 0,27 dollar nağd dividend ödənilməsi barədə qərar qəbul etdiyi və bunun 4 faizlik artıma işarə etdiyi qeyd olunub.
Açıqlamada həmçinin Direktorlar Şurasının Apple-ın adi səhmlərinin 100 milyard dollara qədər geri alınmasını nəzərdə tutan proqramı təsdiqlədiyi bildirilib.
XXX
Apple maliyyə ilinin ikinci rübündə satış və mənfəət göstəriciləri üzrə proqnozları üstələyib, cari dövr üçün gözləniləndən daha yaxşı gəlir proqnozu açıqlayıb. Şirkətin səhmlər təxminən 3% bahalaşıb.
Marja.az xəbər verir ki, iPhone satışları ardıcıl üç rüb ərzində ikinci dəfə proqnozları qarşılamayıb və cümə axşamı açıqlanan hesabatda gözləntilərdən aşağı qalan yeganə əhəmiyyətli göstərici olub.
Şrkətin nəticələri analitiklərin proqnozları ilə müqayisədə aşağıdakı şəkildə olub:
Hər bir səhmə düşən mənfəət : 2,01 dollar – proqnoz 1,95 dollar
Gəlir: 111,18 milyard dollar – proqnoz 109,66 milyard dollar
Wall Street həmçinin bu əsas sahələrə də diqqət yetirir:
iPhone satışından gəlir: 56,99 milyard dollar – proqnoz 57,21 milyard dollar
Mac satışından gəlir: 8,4 milyard dollar – proqnoz 8,02 milyard dollar
iPad satışından gəlir: 6,91 milyard dollar – proqnoz 6,66 milyard dollar
Wearables, Home and Accessories üzrə gəlir: 7,9 milyard dollar – proqnoz 7,7 milyard dollar
Xidmət gəliri: 30,98 milyard dollar – proqnoz 30,39 milyard dollar
Ümumi mənfəət marjası: 49,3% – proqnoz 48,4%
Apple bildirib ki, gəlir ötən ilin eyni dövründəki 95,4 milyard dollardan 17% artıb.
Ötən həftə Tim Cook 15 illik rəhbərlikdən sonra baş icraçı direktor vəzifəsindən ayrılacağını elan edib.
Şirkət bildirib ki, iyun ayında başa çatacaq rübdə gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 14%–17% artacaq. Analitiklər 9,5% artım və 103 milyard dollar gəlir gözləyirdilər.
Şirkətin idarə heyəti əlavə olaraq 100 milyard dollarlıq səhm geri alım proqramını təsdiqləyib və hər səhm üçün 27 sent məbləğində nağd dividend elan edib ki, bu da 4% artım deməkdir.
iPhone satışları yanvar-mart dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 22% artıb.
Digər istehlak elektronikası və cihaz istehsalçıları kimi Apple də əsasən süni intellektə tələbin sürətlə artması səbəbindən yaranan qlobal yaddaş çatışmazlığı ilə bağlı təchizat zənciri məhdudiyyətləri ilə üzləşir.
Meta və Microsoft çərşənbə günü bildiriblər ki, yaddaş qiymətlərinin artması onların bu il üçün kapital xərcləri proqnozlarının yüksəlməsinə səbəb olub.
Tim Cook bildirib ki, iPhone 17 artıq “şirkət tarixində ən populyar model xəttidir” və əlavə edib ki, ümumi gəlir “təchizat məhdudiyyətlərinə baxmayaraq” proqnozları üstələyib. Maliyyə direktoru Kevan Parekh isə bildirib ki, şirkət iPhone və Mac üzrə təchizat məhdudiyyətləri ilə üzləşib.
Güclü gəlir proqnozu ilə yanaşı, Tim Cook investorlar üçün yaddaş çatışmazlığının yaxın vaxtda aradan qalxmayacağını da açıq şəkildə bildirib. O deyib ki, dekabr rübündə təsir “minimal” olub, lakin mart dövründə təsir bir qədər daha çox hiss olunub.
Cari rübdə isə “yaddaş xərclərinin əhəmiyyətli dərəcədə artacağını gözləyirik”, – deyə Tim Cook bildirib. Bundan sonrakı dövrdə isə “yaddaş xərclərinin biznesimizə artan təsir göstərəcəyini düşünürük” və buna görə şirkət “müxtəlif variantları nəzərdən keçirəcək”.
Mart ayında Apple bir sıra yeni məhsullar təqdim edib. Bunlara iPhone 17e, 11 və 13 düymlük ölçülərdə iPad Air modelinin M4 chip ilə yenilənmiş versiyası daxildir. Şirkət həmçinin tələbələr və büdcəyə həssas istehlakçılar üçün nəzərdə tutulmuş 599 dollarlıq aşağı qiymətli noutbuk MacBook Neo modelini də təqdim edib.
Cihaz satışları həmişə Apple nəticələri üçün əsas olsa da, Wall Street üçün əsas sual gələcək baş icraçı direktor John Ternus-dan nə gözlənildiyidir. Şirkət aprelin 20-də elan edib ki, John Ternus Tim Cook-u əvəz edəcək və Tim Cook sentyabrın 1-dən icraçı sədr olacaq.
Uzun illərdir Apple-də çalışan və hardware istiqamətinə rəhbərlik edən John Ternus konfrans zənginə qoşulub və Tim Cook tərəfindən təqdim edilib.
“Aydın şəkildə deyə bilərəm ki, bu vəzifəni üzərinə götürmək üçün düzgün lider hazırdır,” – deyə Tim Cook açılış çıxışında bildirib və əlavə edib ki, Apple “bu şirkətin vəd etdiyi potensialı həyata keçirə biləcək komandaya malikdir”.
John Ternus isə Tim Cook-a və şirkətin səhmdarlarına təşəkkür edib və bildirib ki, şirkətin qarşısında “inanılmaz inkişaf xəritəsi” var.
“Bu inkişaf xəritəsinin detalları haqqında danışdırmağa məni nail ola bilməyəcəksiniz, amma demək kifayətdir ki, Apple-də 25 illik karyeram ərzində məhsul və xidmətlər yaratmaq üçün ən həyəcanverici dövrdür”, – deyə John Ternus bildirib.
Google tərəfdaşlığı
John Ternus-un həll etməli olduğu ilk məsələlərdən biri Apple-in süni intellekt strategiyasıdır. Rübün əvvəlində şirkət Google ilə tərəfdaşlıq edəcəyini və Gemini süni intellekt modelindən Siri xidmətində istifadə edəcəyini açıqlamışdı.
Sual-cavab hissəsində Tim Cook bildirib ki, “Google ilə əməkdaşlıq yaxşı gedir” və şirkət həm bu tərəfdaşlıqdan, həm də öz müstəqil işlərindən razıdır.
Xidmətlər üzrə gəlir 2-ci rübdə ötən ilin eyni dövründəki 26,65 milyard dollardan təxminən 16% artıb. Apple bazarda 2,5 milyarddan çox aktiv cihazdan ibarət böyük istifadəçi bazasından istifadə edərək əyləncə xidmətlərinə abunəliklər, eləcə də Apple Pay, iCloud və AppleCare kimi xidmətlər təqdim edir.
Xidmətlər sahəsində artım sayəsində Apple daha yüksək mənfəət marjası əldə edir. Uzun müddət 30%-lərin yüksək səviyyəsində qalan ümumi mənfəət marjası son illərdə sabit şəkildə artaraq son rübdə 49,3%-ə çatıb. Bu göstərici əvvəlki rübdə 48,2% idi.
Böyük Çin regionunda satışlar rüb ərzində 16 milyard dollardan 20,5 milyard dollara yüksələrək 28% artıb. Çin regionu Apple üçün Amerika qitəsi və Avropadan sonra üçüncü ən böyük bazardır.
Tədqiqat və inkişaf xərcləri gəlirlə müqayisədə daha sürətlə artaraq rüb ərzində 33% yüksəlib və 8,55 milyard dollardan 11,42 milyard dollara qalxıb.
Tim Cook bildirib ki, şirkət Tədqiqat və inkişaf sahəsinə “aydın şəkildə daha çox investisiya yatırır” və bunun səbəblərindən biri süni intellekt sahəsində gördüyü böyük artım potensialıdır.
“Biz məhsullara və xidmətlərə investisiya edirik və hər iki sahədə imkanlar görürük”, – deyə o bildirib.
Daha sonra Kevan Parekh əlavə edib ki, şirkət “süni intellekti Apple üçün çox vacib investisiya sahəsi hesab edir və bu istiqamətdə normal məhsul inkişaf planına əlavə olaraq mərhələli investisiyalar həyata keçirəcək”.
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
- 29 d. əvvəl
-
1 saat əvvəl
iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
Ən çox oxunanlar
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir






.jpg)







.jpg)







