“AS Group” Qazaxıstanda keçirilən “RES 2026 EXPO” beynəlxalq sərgisində iştirak edib
(®) 22–24 aprel 2026-cı il tarixlərində “AS Group” Qazaxıstanın paytaxtı Astanada Regional Ekoloji Sammit (RES-2026) çərçivəsində keçirilən “RES 2026 EXPO” beynəlxalq sərgisində iştirak edib. Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgi dayanıqlı inkişaf və yaşıl texnologiyalar sahəsində regionun ən böyük tədbirlərindən biri hesab olunur.
“RES 2026 EXPO”-da iştirak edənlər arasında bir sıra yüksək səviyyəli dövlət və hökumət rəsmiləri yer alıb. Tədbirin açılış mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iştirak edib və sammitin əsas siyasi simalarından biri kimi çıxış edib.
Bununla yanaşı, Mərkəzi Asiya ölkələrinin dövlət başçıları və hökumət rəhbərləri də tədbirdə təmsil olunublar. Sammit çərçivəsində müxtəlif ölkələrin ekologiya, iqlim və su resursları üzrə nazirləri, eləcə də digər rəsmi nümayəndə heyətləri iştirak edərək müzakirələr aparıblar. Eyni zamanda, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri də tədbirə qatılaraq qlobal ekoloji problemlər və davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi ediblər.
Sərgidə “AS Group” Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə həm ölkə pavilyonunda, həm də kommersiya pavilyonunda öz layihələrini təqdim edib. “AS Group”-a daxil olan "AS İnşaat" MMC tərəfindən Zəngilanda inşa edilən “Ağıllı kənd – Ağalı” və “AS Group”-un Qazaxıstanın aparıcı şirkətlərindən olan "BI Group"-la əməkdaşlığı çərçivəsində həyata keçirilən "4You Baku" premium yaşayış kompleksi layihəsi dövlət rəsmiləri, həm də müxtəlif ölkələrdən olan ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Xüsusilə dayanıqlı həllər, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq aspektləri diqqət mərkəzində olub.
Eyni zamanda, sərgi regional media qurumlarının da diqqətini cəlb edib və tədbir informasiya platformalarında işıqlandırılıb.
30 ölkədən 247-dən çox şirkət və 1500-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə “AS Group”-un iştirakı şirkətin beynəlxalq platformalarda aktivliyini, innovativ və dayanıqlı layihələrə fokuslandığını nümayiş etdirir. Bu iştirak, eyni zamanda, Azərbaycan şirkətlərinin qlobal müstəvidə təmsilçiliyinin gücləndiyini və yeni əməkdaşlıq imkanlarının formalaşdığını göstərir.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 5 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?



















