Kapital Bank komissiyanı ləğv etdi
Kapital Bank bütün ödəniş kartları üzrə konvertasiya komissiyasını ləğv edib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, artıq müştərilər konvertasiya əməliyyatını bankın gündəlik alış-satış kursuna əsasən həyata keçirə biləcəklər.
Kapital Bank Visa International və MasterCard beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)








