970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini 15 faizdən 14,5 faizə endirib. Qərar analitiklərin gözləntiləri ilə üst-üstə düşüb. Bu, ardıcıl səkkizinci faiz endirimi olmaqla yanaşı, tənzimləyicinin ardıcıl beşinci dəfə faizni 50 baza bəndi azaltmasıdır.

Marja xəbər verir ki, Rusiya Mərkəzi Bankının Direktorlar Şurası 24 aprel tarixli iclasında uçot dərəcəsini 50 baza bəndi (0,50 faiz bəndi) azaldaraq illik 14,5 faizə endirib. Bu barədə tənzimləyicinin açıqlamasında bildirilir. Beləliklə, faiz dərəcəsi ardıcıl səkkizinci dəfə azaldılıb və Mərkəzi Bank ardıcıl beşinci dəfə onu yarım faiz bəndi aşağı salıb.

Reklam_3_11

Aprel iclasına qədər inflyasiya Rusiya Mərkəzi Bankının gözləntilərindən aşağı olub. Belə ki, fevral ayında Mərkəzi Bank yanvar–mart aylarının yekununda illik hesabla inflyasiyanın 6,3 faiz olacağını proqnozlaşdırmışdı, lakin faktiki göstərici 5,9 faiz olub.Bu da Mərkəzi Banka faiz dərəcəsini endirməyə imkan verib. 

Analitiklərin fikrincə, faiz dərəcəsinin endirilməsi qərarına iqtisadiyyatın zəifləməsi də təsir edib. Prezident Vladimir Putin yanvar–fevral aylarında ÜDM-in 1,8 faiz azaldığını bildirmişdi. O, həmçinin ölkədə iqtisadi artımın bərpası və məşğulluğun artırılması ilə bağlı konkret təkliflər gözlədiyini açıqlamışdı. Mərkəzi Bank isə birinci rübün yekunlarına görə ÜDM artımını 1,6 faiz səviyyəsində proqnozlaşdırmışdı. Analitiklərin fikrincə, iqtisadiyyatın sürətli "soyuması" qismən tələbin bir hissəsinin 2025-ci ilin dördüncü rübünə keçməsi və bizneslə istehlakçıların vergi dəyişikliklərinə uyğunlaşması ilə bağlıdır.

Faiz qərarı ilə bağlı açıqlamada Mərkəzi Bank iqtisadi artımın zəifləməsini həm də vergi dəyişikliklərinə uyğunlaşma, iş günlərinin az olması və əlverişsiz hava şəraiti ilə izah edib. “İnvestisiya fəallığı məhdud olaraq qalır. Mart ayında müəyyən canlanmaya baxmayaraq istehlak tələbinin artım tempinin zəifləməsi tendensiyası davam edir. 2026-cı ilin birinci rübündə iqtisadi fəallığın dinamikası əsasən birdəfəlik amillərlə bağlı olduğundan, 2026-cı il üzrə ÜDM artımı proqnozu 0,5–1,5 faiz səviyyəsində saxlanılıb”, — deyə Mərkəzi Bank bildirib.

Dezinflyasiya amillərindən biri də rublun möhkəmlənməsi olub. Mart ayında Rusiya valyutası dollar qarşısında 5,2 faiz, yuan qarşısında isə 4,5 faiz ucuzlaşsa da, apreldə vəziyyət dəyişib: ayın əvvəlində dollar 81 rubl səviyyəsindən yuxarı ticarət olunurdusa, aprelin ikinci yarısında məzənnə 75 rubl həddindən aşağı düşüb.

Mərkəzi Bank üçün Yaxın Şərqdəki böhranla bağlı vəziyyət də qeyri-müəyyən olaraq qalır. Aprel iclasına qədər münaqişə tərəfləri qəti razılığa gəlməyiblər. Mərkəzi Bankın sədri Elvira Nabiullina hələ mart ayında xəbərdarlıq etmişdi ki, münaqişə uzanarsa, bu həm qlobal iqtisadiyyat, həm də Rusiya iqtisadiyyatı üçün inflyasiya təzyiqini artıra bilər.

İş elanları AzVak.az-da

24.04.2026 15:26

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19