Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Geyim pərakəndəsi sektorunda ədalətsiz mühit, yerli istehsalın inkişafına məhdudiyyətlər var"

Azərbaycan geyim pərakəndəsi: potensial, reallıq və itirilən imkanlar.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Geyim pərakəndəsi sektorunda ədalətsiz mühit, yerli istehsalın inkişafına məhdudiyyətlər var"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Region ölkələrinin son iqtisadi göstəricilərinə baxdıqda Azərbaycanın dinamikası xüsusi diqqət çəkir. Rəsmi rəqəmlərə əsasən, ölkə iqtisadiyyatı -0.3% daralma nümayiş etdirdiyi halda, regionda əks tendensiya müşahidə olunur:

Qırğızıstan: +8.8%

Gürcüstan: +8.4%

Özbəkistan: +7%+

Bu fərq təsadüfi deyil. Əsas səbəblərdən biri idxalın kəskin azalması və bunun fonunda alıcılıq qabiliyyətinin zəifləməsidir. Bu isə birbaşa biznesin investisiya aktivliyinə təsir edir.

Sadə dillə desək: ölkədə maliyyə resursları var, amma bu resurslar real iqtisadiyyata – istehsala və sahibkarlığa kifayət qədər yönəlmir.

Pərakəndə geyim sektoru: daxili bazarın limitləri

Geyim retail sektoru bu makro trendlərin birbaşa təsiri altındadır. Hazırda bazarın böyük hissəsi yalnız yerli istehlakçıya fokuslanıb. Lakin daxili bazarın alıcılıq gücü mövcud təklifi tam mənimsəməyə yetərli deyil.

Nəticə:

- davamlı endirim kampaniyaları,

- marjaların azalması,

- satışların qeyri-sabitliyi,

- Fiskal yük və struktur problemi.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Geyim məhsullarında təxminən 15% gömrük rüsumu, 18% ƏDV tətbiq olunur. Problem yalnız yükün yüksəkliyi deyil, onun strukturudur. Diferensial ƏDV sistemi yoxdur,yerli istehsal zəif olduğu halda idxal bahalaşdırılır. Bu isə paradoks yaradır: bazarda yerli alternativ yoxdur, amma idxal süni şəkildə bahalaşır. Nəticədə məhsul qiymətləri artır alıcılıq qabiliyyəti daha da zəifləyir, bazar kiçilir.

Qeyri-bərabər rəqabət mühiti

Bu gün xarici onlayn platformalardan 300 dollara qədər alış-veriş gömrük rüsumu, ƏDV, sertifikat tələbləri olmadan həyata keçirilir. Eyni zamanda fiziki mağazalar bütün vergiləri ödəyir, uyğunluq, gigeynik və sertifikat proseslərindən keçir. Bu isə bazarda açıq şəkildə ədalətsiz rəqabət mühiti yaradır. Üstəlik saxta məhsulların yayılması “karqo” kanalları ilə aşağı invoysla idxal rəsmi retail üçün əlavə təzyiq formalaşdırır.

Yerli istehsal: potensial var, mühit yoxdur

Yerli istehsalın inkişafı aşağıdakı səbəblərlə məhdudlaşır:

- təşviq mexanizmlərinin zəifliyi

- xammal və hazır məhsul üçün eyni rüsum yanaşması

- yüksək istehsal xərcləri

- istehlakçı etimadının aşağı olması

Nəticədə yerli brendlər bazara daxil olsa belə, qiymət və brend gücü baxımından rəqabətdə geri qalır.

Turizm və retail: istifadə olunmayan potensial

Dünya təcrübəsi göstərir ki, retail sektorunun inkişafında turizm həlledici rol oynayır.

Azərbaycanda isə alış-veriş turizmi formalaşmayıb, turist axını retail satışlara ciddi təsir etmir.Bu isə bazarın əlavə böyümə mənbəyini məhdudlaşdırır. 

Əməliyyat xərcləri və icarə təzyiqi

Ticarət mərkəzlərində icarə haqlarının artımı (bu ayda növbəti 6% artım oldu):

- qiymətlərin yüksəlməsinə

- investisiya risklərinin artmasına

- bəzi hallarda bazardan çıxışlara səbəb olur.

Problem resursda deyil, istiqamətdədir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Mövcud vəziyyət göstərir ki, əsas problem resurs çatışmazlığı deyil, bu resursların düzgün yönəldilməməsidir.

Əgər fokus aşağıdakılara yönəlsə:

- istehsal,

- sahibkarlığın dəstəklənməsi,

- bazarın stimullaşdırılması.

onda:

- bazar böyüyər,

- sahibkar qazanar,

- investisiya artar.

Nə etmək lazımdır?

- pərakəndə və e-ticarət qanunvericiliyinin yenilənməsi

- diferensial ƏDV modelinin tətbiqi

- onlayn satış kanallarının tənzimlənməsi

- yerli istehsal üçün təşviq proqramları

- gömrük siyasətinin balanslaşdırılması

- retail və turizmin paralel inkişafı

- dövlət səviyyəsində strateji yol xəritəsi

Yekun olaraq qeyd edim ki Azərbaycan geyim pərakəndəsi sektoru böyük potensiala malikdir.

Lakin bu potensialın reallaşması bazarın təkbaşına fəaliyyəti ilə mümkün deyil. Bu sahədə davamlı inkişaf üçün vacibdir:

- ədalətli rəqabət mühiti

- balanslı vergi və gömrük siyasəti

- strateji dövlət yanaşması

Əks halda, region böyüyərkən Azərbaycan bu yarışda geridə qalmağa davam edəcək.

Müəllif: Tekstil sənayesi üzrə peşəkar marketoloq və sahə üzrə ekspert Elxan Mərdanlı

İş elanları AzVak.az-da

Azərbaycan iqtisadi analizi Azərbaycan iqtisadi daralma idxal azalması Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti Azərbaycan Azərbaycan biznes investisiya mühiti pərakəndə sektor problemləri geyim sektoru Azərbaycan analizi retail bazar Azərbaycan vəziyyəti Azərbaycan gömrük rüsumları geyim sektoru ƏDV və gömrük siyasəti Azərbaycan online alış-veriş və gömrük limiti Azərbaycan 300 dollar gömrüksüz alış-veriş Azərbaycan e-ticarət Azərbaycanda problemlər yerli istehsal inkişafı Azərbaycan tekstil sənayesi Azərbaycan potensial alış-veriş turizmi Azərbaycan inkişafı ticarət mərkəzləri icarə artımı retail sektor Azərbaycan iqtisadi siyasət problemləri bazar rəqabəti Azərbaycan retail sektoru diferensial ƏDV tətbiqi Azərbaycan kiçik biznes dəstəyi Azərbaycan sahibkarlıq və investisiya mühiti Azərbaycan Azərbaycan makroiqtisadi təhlil 2026 Elxan Mərdanlı iqtisadi analiz
21.04.2026 09:30

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19