İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Provayderlərin 2026-cı ilin Mart ayı üzrə internet sürət göstəriciləri dərc edilib. Ən yüksək sürətili internet Azeronline, Aztelekom və Citynet-də, ən aşağı sürət isə Fiberon, FlexNET, Nest Fiber və Teleport-dadır.Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla” şirkətinin metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2026-cı ilin Mart ayı üzrə internet sürət göstəricilərini dərc edib.
Marja.az İKTA-ya istinadən xəbər verir ki, “Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış “Sabit genişzolaqlı internet xidmətləri üzrə Mart 2026 Təhlili” Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Təqdim edilən hesabat internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.
Sürət kateqoriyaları
Çox yüksək sürət — 150+ Mbps
Çox yüksək performans təqdim edən provayderlər.
Yüksək sürət — 101–149 Mbps
Yüksək səviyyəli genişzolaqlı xidmət təqdim edən provayderlər.
Orta sürət — 50–100 Mbps
Əksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti.
Aşağı sürət — 1–49 Mbps
Nisbətən aşağı performans göstəriciləri olan xidmətlər.
Təhlilə görə,
Çox yüksək sürət (150+ Mbps) Azeronline, Aztelekom və Citynet-də,
Yüksək sürət (101-149 Mbps) FiberNET-də,
Orta sürət (50-100 Mbps) ARTKOM, AiləTV, Alfanet, Alnet, AzFiberNet, Aznet, Bline, Bulud Telecom, Connect, GSP, KATV 1, Metronet, Netpoint, SHAKH Telecom, Sazz, Selnet, Smart Online, SparkTel və TransEuroCom-da,
Aşağı sürət (1-49 Mbps) Fiberon, FlexNET, Nest Fiber və Teleport-dadır.
Qeyd edilib ki, bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.
Kateqoriyalar Ookla Speedtest Intelligence platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur.
Mart ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:
- median endirmə sürəti (download) 91.94 Mbit/s,
- median yükləmə sürəti (upload) 93.43 Mbit/s,
- median gecikmə (latency) 4 ms təşkil edib.
İKTA hesab edir ki, bu cür analitik təqdimat modeli:
- telekommunikasiya bazarında şəffaflığın artırılmasına,
- provayderlər arasında sağlam rəqabətin təşviqinə,
- istifadəçilərin internet xidmətlərini daha məlumatlı şəkildə seçməsinə mühüm töhfə verir.
Agentlik Ookla ilə əməkdaşlığı davam etdirərək ölkə üzrə internet performans göstəricilərinin monitorinqini və analitik təhlillərin genişləndirilməsini planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)





