970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Nəhəng maliyyə qurumu qzılın qiymətinin 8 min dollara yüksələcəyini gözləyir

Bu proqnoz reallaşarsa qızıl daha 66%-dən çox bahalaşa bilər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng maliyyə qurumu qzılın qiymətinin 8 min dollara yüksələcəyini gözləyir
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ-ın maliyyə xidmətləri şirkəti "Wells Fargo" qzılın qiymətinə dair proqnozlarını yeniləyib.

Marja.az xəbər verir ki, "Wells Fargo" bir unsiya qızılın qiymətinin 2027-ci ilin sonuna qədər 8 min dollara yüksələ biləcəyini gözləyir. Bank eyni zamanda eniş (ucuzlaşma) ssenarisində qızılın qiymətinin 4 min dollara qədər geriləmə potensialının olduğunu da açıqlayıb.

Qızıl, ötən ay baş vermiş ucuzlaşmaya qədər son dövrlərin ən çox qazandıran investisiya alətləri arasında idi. Lakin mart ayında qızılın qiyməti təxminən 11% dəyər itirərək 2013-cü ilin iyunundan bəri ən pis aylıq nəticəni göstərib. 

Qızılın qiymətində baş verən tarixi dalğalanmadan sonra Wall Street-in nəhəng maliyyə qurumlarından olan "Wells Fargo" qızıl üzrə yeni proqnozlarını açıqlayıb.

Mərkəzi bankların ABŞ dolları kimi valyutalarını sataraq daha neytral təhlükəsiz limana yönəlməsinin qiymətli metalın qiymətini yeni ən yüksək səviyyələrə qaldıra biləcəyini qeyd edən "Wells Fargo" qızıl üçün beş fərqli proqnoz hazırladığını qeyd edib.

Beş ssenaridən dördü qiymətin yüksəliməsini nəzərdə tutur

"Wells Fargo Securities"in Baş Səhm Strategi Ohsung Kwon qızıl üzrə hazırlanan beş proqnozdan dördünün qiymətin yüksəlməsini nəzərdə tutuduğunu vurğulayaraq bildirib ki, qızılın qiyməti 2027-ci ilin sonuna qədər bir unsiya üçün 8000 dollara çata bilər.

Hazırda təxminən 4800 dollar səviyyəsində ticarət olunan bir unsiya qızıl üçün bu proqnoz 66%-dən çox bahalaşma potensialına işarə edir.

"Wells Fargo"nun qızılın qiyməti üzrə eniş proqnozu isə 2027-ci ilin sonuna qədər mövcud səviyyələrdən təxminən 17% dəyər itkisi ilə qiymətin 4000 dollara qədər enə biləcəyini göstərir.

İş elanları AzVak.az-da

Wells Fargo qızıl qiyməti qızıl proqnozu qızıl bazarı qızıl investisiyası unsiya qızıl 2027 qızıl proqnozu qızılın bahalaşması qızılın ucuzlaşması qiymətli metallar investisiya alətləri Wall Street qızıl bazar analizi mərkəzi banklar ABŞ dolları təhlükəsiz liman aktivləri qızıl qiymət artımı qızıl qiymət proqnozu qlobal maliyyə bazarları
17.04.2026 16:13

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19