970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank olmayan kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. 2025-ci ilin sonuna olan məlumatlara əsasən, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 54, kredit ittifaqlarının (Kİ) sayı isə 35 olmaqla, ümumilikdə qeyri-bank kredit təşkilatlarının sayı 89 olmuşdur. Bütövlükdə maliyyə sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 2.1% təşkil etmişdir.4 İl ərzində 4 BOKT və 1 Kİ-nin lisenziyası ləğv edilmiş, 1 BOKT-yə isə yeni lisenziya verilmişdir. Hazırda, fəaliyyətdə olan BOKT-lərin 14-ü xarici kapitallıdır ki, onlardan 11-də xarici kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 357 nəfər artaraq 3 903 nəfər, filialların sayı isə 7 ədəd azalaraq 297 olmuşdur.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının  2025-ci ilin sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir. 

Reklam_3_11

Qeyd edilib ki, 2025-ci ildə BOKT sektorunun aktivlərinin həcmi artmışdır. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri il ərzində 25% (250 mln. manat) artaraq 1.24 mlrd. manat təşkil etmişdir. Artımın əsas payçısı xalis kredit portfeli olmuşdur. Belə ki, il ərzində xalis kredit portfeli 28.8% (206 mln. manat) artmışdır. BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində 26.5% (142.4 mln. manat) artaraq 679 mln. manat təşkil etmişdir. Rezident maliyyə institutlarından cəlb edilmiş vəsaitlər ümumi öhdəliklərin artmasına əsas təsir edən amillərdən biri olmuşdur.

2025-ci ildə istehlak kreditləri BOKT-lərin kredit portfelində əsas yeri tutmaqda davam etmişdir. İl ərzində cəmi kredit portfeli 29.5% (238.7 mln. manat) artaraq 1.05 mlrd. manat olmuşdur. İpoteka kreditləri üzrə illik artım 16.5% (7.2 mln. manat), biznes portfeli üzrə 5% (12.9 mln. manat), istehlak kreditləri üzrə isə 42% (216.7 mln. manat) olmuşdur. Cari ildə BOKT-lərin kredit portfelinin 70%-i (729 mln. manat) istehlak kreditləri, 25%-i (265.6 mln. manat) biznes kreditləri, 5%-i (50.5 mln. manat) isə ipoteka kreditlərindən ibarət olmuşdur. Biznes portfelinin 34.9%-i (93 mln. manat) ticarət sahəsinə, 20.8%-i (55 mln. manat) kənd təsərrüfatı sahəsinə, 20.4%-i (54 mln. manat) digər qeyri-istehsal və xidmət sahəsinə, 19%-i (51 mln. manat) nəqliyyat sahəsinə, 4.9%-i isə (13 mln. manat) digər sahələrə verilmiş kreditlərdən ibarətdir.

QİK portfelində azalma müşahidə edilmişdir. Ötən ilin sonu ilə müqayisədə 2025-ci ildə sektorun qeyri-işlək kredit portfeli 4% azalaraq 108.5 mln. manat təşkil etmişdir. İl ərzində QİK əmsalı isə 3.6 f.b. azalaraq 10.4% olmuşdur. QİK portfeli istehlak kreditləri üzrə 3.2 f.b. azalaraq 12.6%, biznes kreditləri üzrə 6.4 f.b. azalaraq 6.1% təşkil etmişdir.

BOKT sektoru üzrə mənfəətlik kredit itkiləri üzrə ehtiyata ayırmalar hesabına azalmışdır. Ötən ilin sonu ilə müqayisədə 2025-ci ildə BOKT-lərin xalis mənfəəti 29% (45.5 mln. manat) azalaraq 111.5 mln. manat olmuşdur. ROA göstəricisi 6.8 f.b. azalaraq 9%, ROE göstəricisi isə 14.7 f.b. azalaraq 19.8% olmuşdur. Növbəti illərdə isə ehtiyatlanmanın BOKT-lərin maliyyə nəticələrinə təsirinin azalması nəticəsində mənfəətlilik göstəricilərinin müsbət dinamikasının bərpa olunması gözlənilir.

Sektorun kapital mövqeyi artmışdır. İl ərzində BOKT-lərin kapitalı 24% (107.9 mln. manat) artaraq 564.3 mln. manat təşkil etmişdir. Sektorun mənfəətlilik səviyyəsinin azalmasına baxmayaraq, əsasən təşkilatların nizamnamə kapitalının 63 mln. manat artması sektorun kapitallaşma səviyyəsində artıma səbəb olmuşdur. BOKT-lərin nizamnamə kapitalının artması 2024-cü ilin sonlarında qüvvəyə minmiş yeni prudensial tələblərin 2025-ci ildən tətbiqinə başlanılması ilə əlaqədar olmuşdur.

İş elanları AzVak.az-da

BOKT bank olmayan kredit təşkilatları Azərbaycan Mərkəzi Bankı maliyyə sabitliyi hesabatı BOKT sektoru Azərbaycanda BOKT-lər kredit ittifaqları maliyyə vasitəçiliyi BOKT aktivləri kredit portfeli istehlak kreditləri biznes kreditləri ipoteka kreditləri qeyri-işlək kreditlər QİK əmsalı maliyyə sektoru kredit bazarı BOKT kapitalı nizamnamə kapitalı maliyyə göstəriciləri kredit təşkilatları Azərbaycanda kredit bazarı maliyyə sistemi maliyyə institutları
14.04.2026 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18