Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
Azərbaycan Mərkəzi Bankının lisenziyasının qüvvəsini məhdudlaşdırdığı "Atasığorta" ASC istisna olmaqla ölkədə fəaliyyət göstərən 15 sığorta şirkətinin 2025-ci ildə məcmu gəlirləri 1 milyard 520 milyon 582 min manat təşkil edib.
Bu, 2024-cü ilə nisbətən 12,6 % çoxdur.
Ötən il sığortaçıların məcmu xərcləri isə əvvəlki ilə nisbətən 15,1 % artaraq 1 milyard 340 milyon 461 min manat olub. Şirkətlərdən 13-nün gəlirləri, 6-nın isə xərcləri artıb.
2025-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 180 milyon 121 min manat olub ki, bu da 2024-cü illə müqayisədə 2,5 % azdır. 10 şirkətdə maliyyə mənfəəti artıb, 4 şirkətdə azalıb, əvvəlki il maliyyə mənfəəti əldə etmiş 1 şirkət isə ötən il maliyyə zərəri ilə üzləşib.
2025-ci ildə sığorta şirkətləri 37 milyon 147 min manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2024-cü ilə nisbətən 13,4 % çoxdur. 15 şirkətdən 8-i vergi ödənişlərini artırıb, 6-sı vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 1 şirkət ötən il vergi ödəyib.
2025-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 142 milyon 974 min manat olub. Bu da 2024-cü illə müqayisədə 6 % azdır. Ötən il maliyyə mənfəətini artırmış 10 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 4 şirkətin həm də xalis mənfəəti azalıb, əvvəlki ildən mənfəətlə çıxmış 1 şirkət isə ötən ili zərərlə başa vurub.
15 sığortaçısının məcmu aktivləri 3 %-dən çox artıb
Azərbaycan Mərkəzi Bankının lisenziyasının qüvvəsini məhdudlaşdırdığı "Atasığorta" ASC istisna olmaqla ölkədə fəaliyyət göstərən 15 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 924 milyon 883 min manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 3,4 % çoxdur.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
2025-ci ildə sığortaçılardan 10-u aktivlərini artırıb, 5-i azaldıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 14,5 % azalaraq 843 milyon 700 min manat, məcmu qısamüddətli aktivləri isə 23,6 % artaraq 1 milyard 81 milyon 183 min manat olub. 4 şirkət uzunmüddətli aktivlərini, 13 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 3,5 % artaraq 1 milyard 400 milyon 563 min manat təşkil edib. Sığortaçılardan 9-da öhdəliklər artıb, 6-da isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 5,2 % artaraq 1 milyard 294 milyon 305 min manat, məcmu qısamüddətli öhdəlikləri isə 13,9 % azalaraq 106 milyon 258 min manat olub. 9 şirkət uzunmüddətli öhdəliklərini, 9 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 3,3 % artaraq 524 milyon 320 min manata çatıb, məcmu nizamnamə kapitalı dəyişməyərək 284 milyon 540 min manat qalıb. Bazar iştirakçılarından 9-u balans kapitalını artırıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
11 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
13 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
13 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
14 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















