"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
"PAŞA Sığorta" ASC 2025-ci ili 39 milyon 331 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 42 milyon 31 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin cüzi azalması ödənilən mənfəət vergisi məbləğinin artması ilə əlaqədardır. Ötən il "PAŞA Sığorta" şirkətinin yığımarı, cəmi gəlirləri artıb.
Marja.az Şirkətin yerli standartlar əsasında hazırlanmış maliyyə hesabatlarına istinadən xəbər verirk ki, 2025-ci ildə "PAŞA Sığorta"nın cəmi gəlirləri 348 milyon 451 min manat, cəmi xərcləri 299 milyon 414 min manat, maliyyə mənfəəti 49 milyon 37 min manat təşkil edib. Şirkət maliyyə mənfəətindən 9 milyon 706 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə "PAŞA Sığorta"nın cəmi gəlirləri 346 milyon 937 min manat, cəmi xərcləri 299 milyon 837 min manat, maliyyə mənfəəti 47 milyon 100 min manat təşkil etmşdi. Şirkət maliyyə mənfəətindən 5 milyon 69 min manat mənfəət vergisi ödəmişdi.
2024-cü ilin yekunları ilə müqayisədə 2025-ci il ərzində "PAŞA Sığorta"nın cəmi gəlirləri 1 milyon 514 min manat və ya 0,4% artıb, cəmi xərcləri 423 min manat və ya 0,1% azalıb, maliyyə mənfəəti isə 1 milyon 938 min manat və ya 4,1% artıb.
"PAŞA Sığorta"nın topladığı sığorta haqları (birbaşa sığorta üzrə sığorta haqları) 2024-cü ildə 306 milyon 966 min manat ikən, 2025-ci ildə 339 milyon 552 min manata yüksəlib (32 milyon 587 min manat və ya 10,6% artıb)
"PAŞA Sığorta"nın sığorta ödənişləri 2024-cü ildə 143 milyon 214 min manat ikən, 2025-ci ildə 140 milyon 673 min manata düşüb (2 milyon 541 min manat və ya 1,8% azalıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 6 saat sonra
-
-
34 d. əvvəl
50 milyon manatlıq istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 3 saat əvvəl
-
22 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Rəsmi məzənnələr açıqlandı
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Ən çox oxunanlar
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%























