970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Qızılın unsiyasının qiyməti 4800 dollar səviyyələrinə düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın unsiyasının qiyməti 4800 dollar səviyyələrinə düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gümüş fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 75 dollar həddindən aşağı enib.

Bu barədə Marja.az Comex birjasının məlumatlarına əsasən xəbər verir. 

Qızılın unsiyasının qiyməti isə 4804,9 dollaradək gerilədikdən sonra, Bakı vaxtı ilə saa 09:50-də 4832 dollara (+0,23%) ticarət olunub. Dünən beynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti 5000 dollardan yüksək idi. 

ABŞ dollarının möhkəmlənməsi, qlobal mərkəzi bankların faiz dərəcələrini aşağı salmağa fasilə vermələri, neftin bahalaşması ilə əlaqədar olaraq dünyada inflyasiyanın daha da yüksələcəyinin gözlənilməsi qızıl və gümüşün ucuzlaşmasına səbəb olur. 

FED (Federal Reserve, ABŞ Mərkəzi Bankı) son iclasında faiz dərəcələrini sabit saxlayıb və bu il yalnız bir faiz endirimi proqnozlaşdırıb. FED sədri Jerome Powell bildirib ki, faiz endirimi üçün inflyasiyanın yavaşladığını göstərən real irəliləyiş lazımdır. Rəsmilər münaqişənin ABŞ iqtisadiyyatının perspektivini “qeyri-müəyyən” etdiyini qeyd ediblər.

Cümə axşamı neft qiymətləri İran və İsrailin regionda əsas enerji obyektlərinə qarşılıqlı hücumlar etməsindən sonra yüksəlib. Müharibənin üçüncü həftəsinə daxil olunması və enerji qiymətlərinin artması inflyasiya risklərini artırır, bu isə FED və digər mərkəzi bankların faiz endirmə ehtimalını zəiflədir. Faiz gəliri olmayan qızıl üçün bu, mənfi faktor sayılır. Güclü ABŞ dolları da dollarla qiymətləndirilən aktivlərə təzyiq göstərib.

Külçə qızıl ilin əvvəlindən təxminən 12% bahalı qalsa da, son həftələrdə faiz endirimi gözləntilərinin azalması və bəzi investorların marja tələblərini qarşılamaq üçün satış etməsi səbəbilə ucuzlaşıb. Qızıl yanvarın sonunda unsiya üçün 5595 dollarla rekord səviyyəyə yüksəlmiş, 28 fevralda başlayan müharibədən bəri isə çərşənbə gününə qədər təxminən 9% ucuzlaşmışdır.

19.03.2026 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18