Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
Forbes: Milyarderlərin ümumi sərvəti 20 trilyon dolları keçdi Forbes-un Milyarderlər Siyahısına görə, dünyada milyarderlərin sayı 3 min 428 nəfərə yüksəlib, onların ümumi sərvəti isə 20,1 trilyon dollara çatıb. Siyahıda Elon Musk 839 milyard dollarlıq sərvəti ilə birinci yerdə qərarlaşıb.Biznes, investisiya, texnologiya, sahibkarlıq, liderlik və həyat tərzi mövzularına fokuslanan qlobal media şirkəti Forbes tərəfindən yayımlanan Milyarderlər Siyahısına görə, bu il siyahıda yer alan şəxslərin sayı 3 min 428-ə yüksəlib, milyarderlərin ümumi sərvəti isə 20,1 trilyon dollara çatıb.
Marja.az-ın məlumatına görə, Forbes-un bu il 40-cı dəfə dərc etdiyi Milyarderlər Siyahısı göstərir ki, süni intellekt sahəsində sürətli inkişaf, maliyyə bazarlarında aktivlik və əlverişli maliyyə siyasətləri nəticəsində rekord sayda insan siyahıya daxil olub.
Siyahıya görə, dünyada milyarderlərin sayı ötən illə müqayisədə 400 nəfər artaraq 3 min 428-ə çatıb və yeni rekord səviyyəyə yüksəlib.
Ötən il ərzində milyarderlərin sərvəti sürətlə artmaqda davam edib və ümumi sərvət də görünməmiş templə böyüyüb. Milyarderlərin ümumi sərvəti ötən illə müqayisədə 4 trilyon dollar artaraq 20,1 trilyon dollara çatıb.
Dünya üzrə 20 nəfərin sərvətinin 100 milyard dollar və daha çox olduğu müəyyən edilib.
Musk siyahının lideridir
Tesla, SpaceX, X (keçmiş Twitter) və xAI kimi şirkətlərin sahibi olan Elon Musk (İlon Mask) ardıcıl ikinci il siyahının zirvəsində yer alıb. Onun təxmin edilən sərvəti 839 milyard dollar olaraq qiymətləndirilib və bu, indiyədək qeydə alınmış ən yüksək şəxsi sərvətlərdən biridir. Tesla-nın bazar dəyərinin artması və 2026-cı ildə IPO-su planlaşdırılan SpaceX-in təsiri ilə Musk-ın sərvəti ötən illə müqayisədə təxminən yarım trilyon dollar artıb. O, həmçinin sərvəti 800 milyard dolları keçən ilk şəxs kimi tarixə düşüb və dünyanın ilk trilyoneri olmağa doğru irəliləyir.
Larry Page 257 milyard dollarlıq sərvətlə siyahıda ikinci, Sergey Brin isə 237 milyard dollarlıq sərvətlə üçüncü yerdə qərarlaşıb.
Jeff Bezos 224 milyard dollarlıq sərvətlə dördüncü, Mark Zuckerberg isə 222 milyard dollarlıq sərvətlə beşinci sırada yer alıb.
Trump-ın sərvəti 6,5 milyard dollara çatıb
Donald Trump-ın sərvəti əsasən kripto əməliyyatları və ona qarşı dələduzluq iddiası ilə açılmış işdə cəzanın ləğv edilməsindən sonra 27% artıb. Onun sərvəti təxminən 6,5 milyard dollara yüksəlib və siyahıda 645-ci yeri tutub.
Bu il siyahıya hip-hop musiqisinin məşhur simalarından Dr. Dre, müğənni Beyonce və tennis əfsanəsi Roger Federer də daxil edilib.
Siyahıda 30 yaşdan aşağı 35 milyarder var. Dünyanın ən gənc milyarderi isə Braziliyanın sənaye avadanlıqları şirkəti WEG**-in varisi olan 20 yaşlı Amelie Voigt Trejes-dir.
Siyahının ən yaşlı milyarderi isə 104 yaşlı George Joseph olub. O, ABŞ-da fəaliyyət göstərən "Mercury General" sığorta şirkətinin qurucusu kimi tanınır.
Milyarderlər arasında kişilər üstünlüyü davam etsə də, bu il siyahıya 481 qadın milyarder daxil olub və bu da ümumi siyahının 14%-ni təşkil edir.
Ən çox milyarder ABŞ-dadır
ABŞ 989 milyarder ilə siyahıda ilk yerdə qərarlaşıb və ilk 20-likdə olan 15 nəfər də bu ölkədəndir. ABŞ-dakı milyarderlərin ümumi sərvəti 8,4 trilyon dollar hesablanıb.
ABŞ-ın ardınca 610 milyarder sayı ilə Çin, 229 milyarder sayı ilə isə Hindistan gəlir.
Siyahıda Türkiyədən 40 nəfər var
Bu il siyahıda Türkiyədən 40 nəfər yer alıb.
ABŞ-da məşhur süd məhsulları markası "Chobani"nin qurucusu və baş direktoru Hamdi Ulukaya 13,5 milyard dollarlıq sərvətlə siyahıda 219-cu yeri tutaraq Türkiyənin ən varlı şəxsi olub. Növbəti yerləri 5,3 milyard dollarla Murat Ülker, 4,9 milyard dollarla Cemil Kazancı, 3,8 milyard dollarla Erman Ilıcak və 3,2 milyard dollarla Ferit Şahenk tuturlar.
Bundan başqa, BioNTech şirkətinin həmtəsisçisi və baş direktoru Uğur Şahin, eləcə də ABŞ-da fəaliyyət göstərən aviasiya şirkəti "Sierra Nevada Corporation"ın sahibləri Eren Özmen və Fatih Özmen də siyahıya daxil olan türk əsilli şəxslər arasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
22 d. əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
26 d. əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
31 d. əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
55 d. əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Ən çox oxunanlar
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq




















