"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
Netflix geri çəkildi, qalib Paramount oldu - Netflix, Inc., Warner Bros. Discovery-nin (WBD) studiya və rəqəmsal yayım aktivlərini almaq planından geri çəkilib."Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifin məbləğini artırmayacağını açıqlayıb.
Marja.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, "Netflix" şirkəti "Warner Bros. Discovery"nin İdarə Heyətindən, "Paramount Global"ın son təklifinin "Netflix" ilə planlaşdırılan birləşmə sazişinin şərtlərindən “daha üstün təklif” kimi qiymətləndirildiyi barədə bildiriş alıb.
"Netflix"in baş icraçı direktorları Ted Sarandos və Greg Peters bildiriblər ki, "Paramount"un son təklifini üstələmək üçün tələb olunan qiymət artıq maliyyə baxımından cəlbedici deyil və buna görə də təklifi artırmaqdan imtina ediblər.
Açıqlamada "Netflix"in "Warner Bros."un ikonik brendlərini effektiv şəkildə idarə edə biləcəyinə və bu razılaşmanın əyləncə sektorunu gücləndirəcəyinə inandığı qeyd olunub: “Lakin bu əməliyyat nə bahasına olursa-olsun həyata keçirilməli olan bir əməliyyat deyil, yalnız düzgün qiymətə alınması lazım olan bir əməliyyat idi.”
"Netflix"in bu açıqlaması, "Warner Bros. Discovery"nin, "Paramount" şirkətinin səhmbaşına 31 dollar olaraq yenilənmiş təklifinin "Netflix" ilə planlaşdırılan birləşmə sazişi çərçivəsində “şirkət üçün daha üstün təklif” olduğunu bildirməsindən sonra verilib.
"Warner Bros. Discovery"nin açıqlamasında, birləşmə müqaviləsində dəyişiklik təklif etmək üçün "Netflix"ə 4 iş günü vaxt verildiyi, bu müddətin sonunda "Warner Bros. Discovery" İdarə Heyətinin hələ də "Paramount"un təklifini üstün hesab edəcəyi təqdirdə "Netflix" ilə bağlanan birləşmə müqaviləsinin ləğv edilə biləcəyi qeyd olunub.
"Netflix" 5 dekabr 2025-ci il tarixində "Warner Bros. Discovery"nin film və televiziya studiyaları, həmçinin HBO Max və HBO-nu da əhatə edəcək şəkildə 82,7 milyard dollar ümumi müəssisə dəyəri əsasında satın almaq üçün razılığa gəldiyini açıqlamışdı.
"Paramount" isə 8 dekabr 2025-ci il tarixində "Warner Bros. Discovery"nin bütün səhmlərini səhmbaşına 30 dollar nağd ödənişlə almaq üçün ümumilikdə 108,4 milyard dollar müəssisə dəyərinə bərabər təklif irəli sürdüyünü elan etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
11 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
11 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 12 saat əvvəl
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə























