Qızılın qiyməti yenidən 5 min dolları keçib
Qızılın qiyməti bazar ertəsi günü yüksəlişini davam etdirərək unsiyası 5 min dollar səviyyəsindən bir qədər yuxarıda ticarət olunur.
Marja xəbər verir ki, Dolların zəifləməsi qiymətləri dəstəkləyir. Eyni zamanda investorlar faiz dərəcələrinin istiqaməti ilə bağlı ipucları almaq üçün həftə ərzində açıqlanacaq mühüm ABŞ məşğulluq göstəricilərini gözləyirlər. Məşğulluq məlumatlarında müşahidə oluna biləcək zəifləmə qızılın bahalaşmasına dəstəkləyə bilər. Məşğulluq göstəricilərində ciddi pisləşmə olarsa, FED yaxın gələcəkdə faizlərini aşağı sala bilər.
İnvestorlar 2026-cı il ərzində FED-dən ən azı iki dəfə 25 baza bəndi həcmində faiz endirimi gözləyir; ilk endirimin iyun ayında baş verəcəyi proqnozlaşdırılır. Faiz gəliri olmayan qızıl adətən aşağı faiz mühitində daha yaxşı nəticə göstərir.
Qızıl cümə günü qeydə alınan 4 faizlik artımdan sonra 1,6 faiz də bahalaşaraq unsiyası 5044 dollara yüksəlib (Bakı vaxtı ilə saat 10:14-ə olan məlumar).
Analitiklər bildirib ki, dolların ucuzlaşması və dibdən alışlar qızılın qiymətini yenidən 5000 dolların üzərinə qaldırıb.
ABŞ dolları 4 fevraldan bu yana ən aşağı səviyyəsinə enərək dollarla qiymətlənən metalları xarici alıcılar üçün daha ucuz edib. San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Meri Deyli cümə günü verdiyi açıqlamada, əmək bazarındakı zəifliyi balanslaşdırmaq üçün bir və ya iki faiz endiriminin lazım ola biləcəyini düşündüyünü deyib.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarının uğurlu olması üçün İranın uranı zənginləşdirmə hüququnun tanınmasının mühüm əhəmiyyət daşıdığını bildirib. ABŞ və İranlı diplomatlar, İran yaxınlığında ABŞ Hərbi Dəniz Qüvvələrinin yerləşdirilməsi davam etdiyi bir vaxtda, diplomatik prosesi canlandırmaq məqsədilə cümə günü Omanda dolayı danışıqlar aparıblar.
Digər qiymətli metallara gəldikdə isə, gümüş əvvəlki sessiyada qeydə alınan təxminən 10 faizlik artımdan sonra 4,3 faiz bahalaşaraq unsiya üzrə 81,11 dollara yüksəlib. Gümüş 29 yanvarda 121,64 dollar ilə ən yüksək səviyyəsini görmüşdü. Patin 0,2 faiz ucuzlaşaraq 2091,54 dollara enib, palladium isə 1 faiz bahalaşaraq 1723,37 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)






