Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Aqrar Sığorta Fondu tərəfindən Şəmkir və Samux rayonlarında növbəti sığorta ödənişləri həyata keçirilib.
Sığorta ödənişləri bu rayonlarda becərilən arpa və şaftalı sahələri üzrə edilib.
Samux rayonunun Füzuli kəndindən olan fermer Asif Qurbanova arpa sahələrinə dəymiş zərərə görə sığorta ödənişi edilib. A. Qurbanov 2025-ci ildə 44 hektar arpa sahəsini çoxsaylı risklərdən sığortalayıb. Fermer bunun üçün ümumilikdə 557 manat sığorta haqqı ödəyib.
Bu ilin may ayında əkin sahəsində vəhşi heyvanların hücumu hadisəsi baş verib. Ceyran sürüsü əkin sahəsinə daxil olaraq buradakı bitkilərin bir hissəsini məhv edib. Nəticədə əkin sahəsinin bir hissəsinə zərər dəyib. Əkinlər sığortalı olduğu üçün Aqrar Sığorta Fondu tərəfindən fermerə 2 303 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Şəmkir rayonunun Varlı Həyat kəndindən olan iki fermer isə arpa sahələrinə dolu yağması nəticəsində dəymiş zərərə görə sığorta ödənişi alıb.
Fermer Nəsir Yusifov 2025-ci ildə 23 hektar arpa sahəsini sığortalayıb və bunun üçün 927 manat sığorta haqqı ödəyib. May ayında baş verən dolu hadisəsi nəticəsində arpa sahəsinin bir hissəsinə zərər dəyib. Dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qiymətləndirilib. Aparılmış baxış və ekspertiza nəticələrinə əsasən fermerə 12 302 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Həmin kənddən olan digər fermer Eldəniz Yusifov isə 2025-ci ildə 10,6 hektar arpa sahəsini sığortalayıb və bunun üçün 364 manat sığorta haqqı ödəyib. May ayında baş verən dolu hadisəsi onun da əkin sahəsinə zərər vurub və aparılmış zərər qiymətləndirməsi nəticəsində fermerə 5 313 manat məbləğində sığorta ödənişi edilib.
Şəmkir rayonunun Keçili kəndindən olan fermer Nemət Məmmədov isə 2,75 hektar sahədə nektarin bağını sığortalayıb. Bağın sığortalanması üçün 4 240 manat sığorta haqqı ödənilib. Sahədə baş verən şaxtavurma (donvurma) hadisəsi nəticəsində meyvə bağına zərər dəyib. Ekspert araşdırması və zərərin hesablanmasından sonra Aqrar Sığorta Fondu tərəfindən fermerə 13 710 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Fermerlərə sığorta ödənişlərini təqdim edən Aqrar Sığorta Fondunun Şəmkir regional filialının rəhbəri Valeh Əsədov və Goranboy regional filialının rəhbəri Tofiq Əsgərov aqrar sığorta mexanizminin fermer təsərrüfatlarının qorunmasında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Bildirilib ki, aqrar sığorta dövlət dəstəkli olduğu üçün sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığortalaya bilirlər. Hadisə baş verdikdə isə sığorta ödənişi fermerin ödədiyi sığorta haqqını dəfələrlə üstələyir.
Aqrar Sığorta Fondunun nümayəndələri fermerləri dövlətin bu dəstəyindən istifadə etməyə və təsərrüfatlarını güzəştli şərtlərlə sığortalamağa çağırıblar.Aqrar Sığorta Fondunun fermerlərə sığorta ödənişləri davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 saat əvvəl
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda iki marşrutun avtobusları YENİLƏNİR — Gedişhaqqı açıqlandı
-
2 saat əvvəl
Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edilib
-
2 saat əvvəl
Azərbaycanda avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ödəniş şirkətində kapital problemi: Mərkəzi Bankdan icrası məcburi göstəriş
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Jiquli” pivəsi antisanitar şəraitdə istehsal olunub
Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edilib
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İnsan müdaxiləsi olmadan uçan aparatlarla bağlı YENİ QANUN
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Unibank"a yeni sədr təyin olundu
Yaponiyanın “ITOCHU” şirkəti “Azəri-Çıraq-Günəşli”dən çıxdı, bütün payını SOCAR-a satdı
BOKT 15 faizlə 1 milyon manat cəlb edir
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
Avqustun 4-də gözlənilən hava şəraiti
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi























