ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
Şirkət böyük itkilər yaşayır.ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti 2026-cı ildə 14 milyard dollar zərər gözləyir — bu, 2025-ci ilin zərərindən 3 dəfə çoxudur. 2023-2028-ci illər arasında ümumi itkilər 44 milyard dollar olacaq.
MArja xəbər verir ki, Şirkət istifadəçilərin ChatGPT abunəliyi üçün ödəniş etməyə hazır olmaması ilə üzləşir. Yalnız indi OpenAI mütəxəssisləri digər gəlir yollarını araşdırırlar. Gözlənilir ki, yaxın vaxtlarda şirkətin tamamilə pulu tükənəcək. Belə halda onu Microsoft və ya Amazon “udacaq".
İl ərzində 8 milyard dollardan çox vəsait xərcləyən və dayanıqlı gəlir modeli formalaşdıra bilməyən şirkət yaxın 18 ayda müstəqilliyini itirmək riski ilə üz-üzədir.
Süni intellekt sənayesi resurs tutumlu modellərin və onların işləməsi üçün tələb olunan infrastrukturun yaradılmasına on milyardlarla dollar investisiya yatırmağa davam edir. Lakin analitiklərin fikrincə, OpenAI yaxın 18 ay ərzində ciddi maliyyə problemləri ilə qarşılaşa bilər.
Beynəlxalq Münasibətlər Şurasının (Council on Foreign Relations) baş elmi əməkdaşı Sebastyan Mallabi "New York Times" üçün yazdığı məqaləsində qeyd edir ki, OpenAI-nin Google, Microsoft və Meta kimi rəqibləri öz ənənəvi bizneslərindən əldə etdikləri gəlirlər hesabına AI (süni intellekt) modellərinin inkişaf etdirilməsini maliyyələşdirə bilirlər. OpenAI isə onlardan fərqli olaraq, maliyyə baxımdan belə bir “təhlükəsizlik yastığına” malik deyil.
Mallabi ümumilikdə süni intellektin inkişaf perspektivlərini nikbin qiymətləndirdiyini, son üç ildə bu sahədə əhəmiyyətli irəliləyişlərin əldə edildiyini vurğulayır. Bununla belə, onun fikrincə, ChatGPT-nin istifadəyə verilməsindən sonra geniş tanınmasına baxmayaraq, OpenAI iki il ərzində "süni intellekt tarixində sadəcə dipnot”a çevrilə bilər.
(“Tarixdə dipnot olmaq” — əsas rol oynamamaq, ikinci dərəcəli və qısa xatırlanan bir hadisə və ya qurum kimi qalmaq deməkdir. Yəni “OpenAI süni intellekt tarixində dipnot ola bilər” ifadəsi, şirkətin böyük təsir gücünə malik əsas oyunçu deyil, sadəcə xatırlanan bir epizod kimi qalması mənasını verir).
Analitiklərin məlumatına görə, OpenAI “pul itirir” və təkcə 2025-ci ildə 8 milyard dollardan artıq vəsait xərcləyib. Eyni zamanda, şirkət istifadəçilərin ChatGPT abunəliyi üçün ödəniş etməyə zəif hazır olması problemi ilə üzləşir və yalnız indi gəlir əldə etməyin alternativ yollarını araşdırmağa başlayır.
Mallabi hesab edir ki, vəsaitlərin tükənməsindən sonra OpenAI Microsoft, Amazon və ya daha böyük maliyyə resurslarına malik digər bir şirkət tərəfindən satın alına bilər. Digər ekspertlər də 2026-cı ili OpenAI üçün həlledici il hesab edir, çünki sənaye üzərində təzyiq artmaqda davam edir.
Hətta iflas halında belə, OpenAI süni intellektin inkişaf tarixində əhəmiyyətli iz qoyacaq və bu sahədə “ən çox reklam olunan tərtibatçı (yaradıcı şirkət - red)” kimi yadda qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
8 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
12 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
12 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 13 saat əvvəl
-
13 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
13 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə





















