"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik"
"SOCAR Karbamid" daxili bazarın ehtiyaclarını tam ödəyir"Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” mükafatına layiq görülən Sumqayıt şəhərində yerləşən "SOCAR Karbamid" zavodu daxili bazarın ehtiyaclarını tam ödəyir.
Bu barədə zavoda təşkil olunan media-tur çərçivəsində müəssisənin direktoru Kutay Durna bildirib.
Onun sözlərinə görə, daxili ehtiyacları ödəməsinə istehsalın 12%-i yönəldilir. Zavodda istehsal olunan məhsulun qalan hissəsi ixrac olunur.
Kutay Durna onu da qeyd edib ki, "SOCAR Karbamid" zavodu regionda ən iri karbamid zavodudur.
Zavodun direktoru bildirib ki, zavod 2024-cü ildə Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanadaya məhsul ixrac edib.
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir. Zavodun istehsal gücü isə 650 min tondur", - Kutay Durna vurğulayıb.
O xatırladıb ki, bu yaxınlarda “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb. Bu nailiyyət zavodda istehsalatın rəqəmsallaşdırılması, süni intellekt və qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Qeyd edək ki, “SOCAR Karbamid” Mərkəzi Asiya regionunda və Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu platformaya qoşulan ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir. Belə ki, bundan öncə “Petkim” neft-kimya kompleksi və “Star” neft emalı zavoduna “Digital Lighthouse Award” mükafatı təqdim olunub.
“SOCAR Karbamid” zavodunda əldə olunan nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir.
Ümumilikdə, SOCAR 3 il ərzində istehsalat səmərəliliyi, proses təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə yatıraraq bu istiqamətlərdə inkişafa nail olub. Bu xüsusda, “SOCAR Karbamid” zavodunun fəaliyyətində mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasının qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərinə əsaslanmasına diqqət ayrılıb. Belə ki, SOCAR “Caspian AI” İnstitutunu təsis edərək mövcud avtomatlaşdırma texnologiyalarının təkmilləşdirilməsini, süni intellekt modellərindən istifadəni, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı şəkildə inkişaf etdirilməsini genişləndirib.
Nəticə olaraq, səmərəli əməliyyat prosesi ilə yanaşı, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və davamlı inkişaf edən “ağıllı” zavod formalaşıb. Zavodda ümumilikdə 4-cü Sənaye İnqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq edilib. Görülən işlər “qapalı dövriyyəli avtonom proses” idarəetməsini, generativ süni intellekt və robototexnika vasitəsilə işçi qüvvəsinin dəstəklənməsini təmin edərək məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini isə 24% yüksəldib. Qeyd edilən transformasiya nəticəsində karbon emissiyalarında 19%, proses tullantılarında 72%, planlaşdırılmamış dayanma müddətində 82% azalma əldə edilib. Həmçinin əməkdaşların 70%-nin yeni bacarıqlara yiyələnməsi və ixtisaslaşdırılması təmin olunub. Əlavə olaraq 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmə işləri həyata keçirilib.
Süni intellektə əsaslanan, tam avtonom idarəetmə sistemi ammiak və karbamid bölmələrində qərar qəbuletmə proseslərini istiqamətləndirir. Bu sistem istehsalat dəyişkənliyini təhlil edir, zavodun performans sabitliyini artırır və enerji istehlakını minimuma endirməyə kömək edir.
Zavodun süni intellekt mexanizmləri güclü APC infrastrukturunun üzərində qurulduğundan bu ikiqat yanaşma fəaliyyətdə nəzərəçarpacaq performans artımlarını təmin edir.
“SOCAR karbamid” zavodunda ən vacib avadanlıqları üzərində proqnozlaşdırıcı texniki xidmət modellərini tətbiq olunub ki, bu ağıllı siqnal modelləri vibrasiya, temperatur, təzyiq və axın məlumatlarını fasiləsiz təhlil edərək, nasazlıqları əvvəlcədən müəyyənləşdirir. Bu sistem tam avtomatlaşdırılıb və texniki xidmət prosesləri ilə inteqrasiya olunub, avtomatik iş sifarişləri yaradır və həm profilaktik, həm də vəziyyətə əsaslanan texniki xidmət strategiyalarını dəstəkləyir.
Səmərəlilik və davamlılıq zavodun transformasiyasının əsasını təşkil edir. Süni intellektlə təchiz olunmuş Enerji Şəbəkəsinin Optimallaşdırılması Modeli (ENOM) zavodun enerji və buxar şəbəkəsini real vaxtda simulyasiya edir və buxar balansı hesablamalarını, avadanlıq səmərəliliyi proqnozlarını, qazan yüklərinin optimallaşdırılmasını, ssenari əsaslı optimallaşdırma təkliflərini təmin edir.
© APA
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 33 d. əvvəl
- 36 d. əvvəl
-
37 d. əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
40 d. əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
- 44 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
-
2 saat əvvəl
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
BOKT illik 16% ilə borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
Ən çox oxunanlar
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
Bakıda daha bir KFC restoranı açılacaq
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq




















