Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
2025-ci ildə Unibankın əməliyyat mənfəəti 70 milyon manat olub, xalis mənfəət isə 25,8 milyon manat təşkil edib.Unibank Kommersiya Bankı 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb.
Unibankın yaydığı məlumatda bildirilir ki, Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 22%, sayı isə 29 % artıb. İlin sonuna nağdsız əməliyyatların həcmi 15 milyard manatı, sayı isə 465 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2024-cü ilin sonu ilə müqayisədə sahibkar müştərilərin sayı 38 %, hüquqi şəxslərin sayı isə 14 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ümumi depozit portfelinin həcmi 1 milyard 377 milyon manatı ötüb.
Hesabat dövrünə bankın məcmu gəlirlərinin cəmi 398 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 70 milyon manat olub, xalis mənfəət isə 25,8 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 30 % artaraq, 230 milyon manata çatıb, aktivlərin həcmi isə 373 milyon manat artaraq 2,1 milyard manatı ötüb.
İl ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 31 dekabr 2025-ci il tarixə 14,14 % təşkil edib.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, 2025-ci il bank üçün əhəmiyyətli və strateji baxımdan xüsusi bir il olub:
“Əldə etdiyimiz maliyyə nəticələri doğru istiqamətdə irəlilədiyimizi aydın şəkildə göstərir. Ötən il bizim üçün yalnız uğurlu göstəricilərlə deyil, eyni zamanda bir strateji dövrün yekun hesabat ili kimi yadda qaldı.
2026-cı il isə bankımız üçün yeni və daha iddialı bir mərhələnin başlanğıcı olacaq. Bu il, qəbul etdiyimiz yeni 3 illik strategiyanın ilk ilidir və qarşımıza daha böyük hədəflər qoymuşuq. Bu dövrdə bank bazarında yeniliklərə imza atmaq, müştərilərimiz üçün daha çevik, daha müasir məhsul və xidmətlər təqdim etmək, həmçinin bankçılığa yanaşmamızı müasir tələblərə uyğun şəkildə yeniləmək əsas prioritetlərimiz olacaq.
Biz inanırıq ki, güclü və stabil maliyyə bazası, aydın strategiya və müştəriyönümlü yanaşma 2026-cı ili bankımız üçün yeni inkişaf imkanları ilə zəngin bir il edəcək.”
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 27%-dən çox artaraq, 555 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin sonu ilə müqayisədə bu kreditlərin portfeldəki payında 53 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 150 milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatı ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
4 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
10 saat əvvəl
Neft bir həftədə 10 faiz bahalaşıb: Nəhəng bankdan 114 dollar xəbərdarlığı
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
-
1 gün əvvəl
AQTA qəfil qaraja daxil olub – Minlərlə şübhəli məhsul tapılıb
-
1 gün əvvəl
Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər
-
1 gün əvvəl
“Ferrum Kapital” illik 14%-lə 1 milyon manatlıq təminatsız istiqraz buraxır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Satış gəliri yerində sayıb, lakin xalis mənfəəti artıb - Debitor borcları risk siqnalı verir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
AQTA qəfil qaraja daxil olub – Minlərlə şübhəli məhsul tapılıb
Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər
Ən çox oxunanlar
İnvestorlar irimiqyaslı layihəyə dəvət olunurlar
Satış gəliri yerində sayıb, lakin xalis mənfəəti artıb - Debitor borcları risk siqnalı verir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
İmişlidə DOST filialı fəaliyyətə başlayıb
"Gənclik" parkı ətrafında hansı mənzillərə daha çox tələbat var?








.webp)












