Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun məqsədi ölkədə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, istehlakçı hüquqları barədə məlumatlılığın artırılması, eləcə də birgə tədbirlər vasitəsilə iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.Memorandum çərçivəsində tərəflər sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, istehlakçı hüquqları barədə məlumatlılığın artırılması və digər əlaqəli sahələrdə birgə tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib. Görüşdə sənaye, istehsal, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, rabitə, ticarət, xidmət və digər sahələr üzrə biznes icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tədbirdə çıxış ediblər.Biznes subyektləri ilə açıq dialoqun aparılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılması, bazar münasibətlərində bərabər şərtlərin təmin olunması və rəqabətə əsaslanan iqtisadi nizamın təşviqinin strateji prioritetlər olduğu diqqətə çatdırılıb. Dövlət satınalmaları, o cümlədən istehlakçı hüquqlarının müdafiəsi üzrə mövcud sahəvi qanunvericiliyin müasir çağırış və tələblərə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlandığı vurğulanıb.
Görüş zamanı Agentliyin Aparat rəhbərinin müavini Orxan Məmmədov, eləcə də ASK-nın baş katibi Ziya Hacılı təmsil etdikləri qurumların strukturu və fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər. Daha sonra Agentliyin sədrinin müşavirləri Cəfər Babayev və İlqar Həsənov müvafiq olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqindən irəli gələn məsələlər və ölkədə texniki tənzimləmə sisteminin yaradılması, texniki reqlamentlərin qəbulu ilə bağlı görülən işlər barədə məlumat veriblər.
Tədbirin davamında dövlət və publik hüquqi şəxslərin kommersiya fəaliyyəti, dövlət satınalmalarının səmərəli həyata keçirilməsi, satınalma sahəsində müraciətlərin araşdırılması mexanizmləri, həmçinin təchizatçıların uyğunluğuna və satınalma predmetinə dair sənədlərin optimallaşdırılması istiqamətində biznes ictimaiyyətinin təklifləri dinlənilib, təkliflərlə əlaqədar lazımi tədbirlərin görülməsi imkanları müzakirə edilib.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumun məqsədi ölkədə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, istehlakçı hüquqları barədə məlumatlılığın artırılması, eləcə də birgə tədbirlər vasitəsilə iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
8 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
9 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















