"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Hollivud (Hollywood) qlobal əyləncə sənayesini yenidən formalaşdıracaq tarixi bir razılaşmaya səhnə oldu. "Netflix", "Warner Bros. Discovery "(WBD) ilə "Warner Bros." film və televiziya studiyalarını, həmçinin "HBO Max" və "HBO"nu öz tərkibinə qatmaq üçün dəqiq bir razılaşmaya gəlib."Netflix" şirkəti, "Warner Bros Discovery"nin televiziya və film studiyalarını, həmçinin yayım bölməsini əhatə edən böyük bir satınalma müqaviləsinə imza atıb.
Marja.az xəbər verir ki, Şirkət 82,7 milyard dollarlıq təklif üzərində razılığa gəlib. Bu addım, Hollivudun ən köklü və dəyərli strukturlarından birinə nəzarətin qlobal yayım sektorunun lideri olan "Netflix"ə keçməsi deməkdir.
Müqavilə, həftələrlə davam edən və gərgin keçən təklif yarışının ardından gerçəkləşib. "Netflix" səhmbaşına təxminən 28 dollar səviyyəsində təklifi ilə rəqiblərini geridə qoyub. Bu təklif, "Paramount Skydance"ın "Warner Bros Discovery"nin bütün səhmləri üçün təqdim etdiyi təxminən 24 dollarlıq təklifi üstələyib.
Səhmləri 1% ucuzlaşıb
Müqavildən sonra "Netflix"in səhminin qiyməti bazar öncəsi əməliyyatda 1% düşüb.
"Warner Bros Discovery"nin səhmləri cümə axşamı 24,5 dollar səviyyəsində bağlanmış və şirkətin bazar dəyəri 61 milyard dollara çatmışdı.
Netflix-in Hollywood-dakı mövqeyi güclənir
“Game of Thrones”, “DC Comics” və “Harry Potter” kimi böyük markalara sahib "Warner Bros"un satın alınması, "Netflix"in Hollivuddakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Striming sektorunda böyük satınalmalar etmədən böyüyən "Netflix", bu addımla həm kontent bazasını genişləndirməyi, həm də "Walt Disney" və "Ellison" ailəsi tərəfindən dəstəklənən "Paramount"a qarşı rəqabət üstünlüyü əldə etməyi hədəfləyir.
Analitiklər bildirirlər ki, "Netflix" xüsusilə populyar film və serialların uzunmüddətli hüquqlarını təmin etmək, oyun sektoruna genişlənərkən və şifrə paylaşımını məhdudlaşdıran siyasətlərinin təsirini artırmaq üçün xarici studiyalardan asılılığını azaltmaq istəyir.
Risklər də mövcuddur
"HBO Max"ın da sahibi olan "Warner Bros Discovery"nin "Netflix"ə satılması, təxminən 130 milyon abunəsi olan rəqibə ("HBO Max"a) nəarətin də Netflix-ə keçməsi deməkdir. Buna görə də, satınalmanın həm Avropada, həm də ABŞ-da güclü antiinhisar yoxlaması ilə üzləşəcəyi gözlənilir.
Təklif yarışını başladan "Paramount", proses boyunca rədd edilən təkliflər təqdim edib və Tramp administrasiyası ilə yaxın əlaqələri ilə diqqət çəkib. Məlumata görə, "Paramount" bu həftə "Netflix"ə etiraz məktubu da göndərib.
Reuters xəbər verir ki, Netflix, rəqabət narahatlıqlarını azaltmaq üçün danışıqlar zamanı" HBO Max" ilə birləşmənin istehlakçılara fayda verəcəyini bildirib. Şirkət, birləşdiriləcək platformanın paket xərclərini azalda biləcəyini vurğulayıb.
Məlumat mənbələri həmçinin bildirir ki, "Netflix" "Warner Bros Discovery"nin kino sektorundakı əhəmiyyətinə dair narahatlıqları aradan qaldırmaq üçün studiyanın filmlərinin kinoteatrlarda göstərilməyə davam edəcəyini öhdəsinə götürüb.

XXX
Hollivud (Hollywood) qlobal əyləncə sənayesini yenidən formalaşdıracaq tarixi bir razılaşmaya səhnə oldu. "Netflix", "Warner Bros. Discovery "(WBD) ilə "Warner Bros." film və televiziya studiyalarını, həmçinin "HBO Max" və "HBO"nu öz sıralarına qatmaq üçün dəqiq bir razılaşmaya gəlib.
Marja xəbər verir ki, bu nəhəng satınalmanın cəmi əməliyyat dəyəri təxminən 82,7 milyard dollar, nizamnamə kapitalı (səhmdarlarına aid olan ümumi dəyər) isə 72 milyard dollar olaraq müəyyən edilib. Razılaşma, WBD-nin qlobal şəbəkələr bölməsi (Discovery Global)-in ayrı bir açıq şirkət olaraq ayrılmasından sonra həyata keçiriləcək.
Nəğd və səhm əməliyyatlarını əhatə edən razılaşmaya görə, hər bir WBD səhmdarına bağlanışda 23,25 dollar nəğd və təxminən 4,50 dollar dəyərində Netflix səhmi veriləcək.
Bu strateji addım, Netflix-in innovativ yayım gücü ilə Warner Bros-un əsrlik mirasını bir "çətir" altında birləşdirir.
Razılaşma tamamlandıqda, “Game of Thrones”, “Harry Potter”, “The Sopranos”, “The Wizard of Oz” və “DC Universe” kimi layihələr, eləcə də “Friends” və “The Big Bang Theory” kimi sevilən seriallar, "Netflix"in “Stranger Things”, “Squid Game”, “La Casa de Papel (Money Heist)” və “Bridgerton” kimi məşhur məzmunlarından ibarət geniş portfelinə əlavə olunacaq.
Netflix-in həmsədri CEO-su Ted Sarandos bildirib ki, bu birləşmə “Casablanca” kimi zamanın sınağından keçmiş klassikləri və müasir favoritləri birləşdirərək izləyicilərə daha yaxşı xidmət göstərmək missiyasını gücləndirəcək.
"Warner Bros. Discovery"nin İcraçı direktoru David Zaslav isə bu addımın dünyanın ən əhəmiyyətli hekayələrinin gələcək nəsillər tərəfindən də izlənilməsini təmin edəcəyini vurğulayıb.
Maliyyə baxımından Netflix hesab edir ki, bu satınalma səhmdarlar üçün daha çox dəyər yaradacaq, üzv iştirakını artıracaq və illik ən azı 2-3 milyard dollar xərclərin azalmasını təmin edəcək.
Lakin razılaşma, WBD-nin CNN, TNT Sports və Discovery kanallarını əhatə edən “Discovery Global” bölməsinin 2026-cı ilin üçüncü rübündə tamamlanması gözlənilən ayrılma prosesinə bağlıdır. Yəni, bu xəbər və idman şəbəkələri "Netflix"ə daxil olmayacaq və ayrı bir şirkət olaraq fəaliyyətinə davam edəcək.
Tənzimləyici qurumların və səhmdarların təsdiqinə bağlı olan əməliyyatın 12-18 ay ərzində tamamlanması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
8 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
12 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
12 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 13 saat əvvəl
-
13 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
14 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə





















