"Premium Bank"ın əməliyyat mənfəəti artıb
"Premium Bank" ASC 2025-ci ilin 9 ayı üzrə (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın açıqladığı məlumata istinadən xəbər verir ki, ötən ilin 9 ayı ərzində "Premium Bank"ın faiz gəlirləri 24 milyon 222 min manat olduğu halda, 2025-cü ilin 9 ayında 27 milyon 442 min manata kimi yüksəlməklə 3 milyon 220 min manat və ya 13% faiz artmışdır. Ötən ilin yanvar- sentyabr dövründə faiz xərcləri ilə cari ilin eyni dövründə faiz xərcləri sabit qalmışdır (2024- cü il 8 milyon 495 min manat, 2025- ci il 8 milyon 621 min manat). Beləliklə Bankin xalis faiz gəlirləri 2 milyon 059 min manat artmışdır.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2025-cü ilin 9 ayı ərzində “Premium Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 39 milyon 228 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 29 milyon 436 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 792 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün 700 min manat məqsədli ehtiyatlar yaradıldığından 9 milyon 92 min manat xalis mənfəət əldə olunub.
Ötən ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 36 milyon 973 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 548 min manat, əməliyyat mənfəəti 9 milyon 425 min manat, eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 80 min manat mənfəətə əlavə olunduğundan 9 milyon 505 manat xalis mənfəət əldə etmişdir.
BANK BÖYÜYÜB
30 sentyabr 2025-ci il tarixində Premium Bank 659 milyon 615 min manat cəmi aktivlərə, o cümlədən 477 milyon 536 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 640 milyon 892 min manat cəmi aktivlərə, o cümlədən 466 milyon 649 min manat kredit portfelinə malik idi. Bu isə ilin əvvəli ilə müqaisədə kredit portfelinin 10 milyon 887 min manat və ya 2 % artımı deməkdir.
İSTEHLAK PORTFELİ ARTMAQDA DAVAM EDİR
"Premium Bank" istehlak kreditləri portfeli ilin əvvəli ilə müqaisədə 11 milyon 931 min manat, keçən ilin eyni dövrü ilə müqaisədə isə 21 milyon 292 min manat artmaqla 52 milyon 604 manata çatmışdır. Bu göstərici onu deməyə əsas verir ki, Bank korporativ bankçılıqdan riteyl (parakəndə) bankçılığa doğru fokuslanıb.
SƏHMDAR KAPİTALI ARTIB
Bankın səhmdar kapitalı ilin əvvəli ilə müqaisədə 20 milyon manat artmışdır. Yeni səhmlərin emissiyası və yerləşdirilməsi nəticəsində Bankın maliyyə dayanıqlığı yüksək səviyyədə saxlanılmışdır. 30.09.2025-ci il tarixinə bankın nizamnamə kapitalı 174 milyon 601 min manat, Məcmu kapitalı isə 191 milyon 741 min manat təşkil etmişdir.
Qeyd edək ki, Mərkəzi Bankın prudensial normativi ilə bankların minimum məcmu kapital tələbi 50 milyon manatdır.
Ticarət və investisiya qiymətli kağızlarına yatırımda kifayət qədər artma müşahidə olunur. Belə ki, ilin əvvəli ilə müqasidə Bank bu sahəyə daha çox vəsait ayırmışdır, bu rəqəm ilin əvvəlində 1 milyon 022 min manat idisə, 30.09.2025-ci il tarixinə 18 milyon 861 min manat təşkil etmişdir.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ÜZRƏ ARTIM, HÜQUQİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ÜZRƏ AZALMA OLUB
2025-cü ilin 9 ayında ilin əvvəli ilə müqaisədə fiziki şəxsərin depozitləri 9 milyon 986 min manat artaraq 302 milyon 41 min manata çatmış, hüquqi şəxslərin depozitlərində isə 9 milyon 394 min manat azalaraq 76 milyon 312 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 24 d. əvvəl
-
- 54 d. əvvəl
-
57 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
Ən çox oxunanlar
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















