Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

Marja.az məlumata istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 720,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 25,5 faizi Rusiya Federasiyası, 16,9 faizi Türkiyə, 7,8 faizi İran, 7,3 faizi Hindistan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,4 faizi Çin, 2,2 faizi Özbəkistan, 2,1 faizi İsrail, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,0 faizi Belarus və 13,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,2 faizini kişilər, 33,8 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Yaponiyadan - 1,5 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 48,7 faiz, Qırğızıstandan - 32,9 faiz, Özbəkistandan - 27,8 faiz, Qazaxıstandan - 19,4 faiz, Pakistandan - 17,2 faiz, Kanadadan - 17,1 faiz, Niderlanddan - 16,5 faiz, Almaniyadan - 15,0 faiz, ABŞ-dan - 14,5 faiz, İtaliyadan - 12,7 faiz, Böyük Britaniyadan - 10,6 faiz artmışdır.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,5 faiz artaraq 73 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 6,3 faiz azalaraq 287,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,1 faiz azalaraq 600,9 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 758,8 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.  

İş elanları AzVak.az-da

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,7 faiz azalaraq 1 milyon 419,2 min nəfər olmuşdur. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,7 faiz, İrana gedənlərin sayı 1,5 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,9 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 8,8 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil etmişdir.     

2025-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,5 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

01.10.2025 14:11
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18