Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır
Dollar çərşənbə günü əsas valyutalar qarşısında son bir həftənin ən aşağı səviyyəsinə geriləyib. Buna ABŞ hökumətinin bağlanması və yaxın günlərdə açıqlanmalı olan mühüm məşğulluq statistikasının təxirə salınacağı ehtimalı təsir göstərib.
Marja xəbər verir ki, Vaşinqtonda federal maliyyələşdirmə gecəyarısı bitib. Respublikaçılarla Demokratlar razılaşa bilmədiklərindən hökumət fəaliyyətini dayandırıb. Senatdakı Respublikaçı lider Con Tün Palatanın təsdiqlədiyi layihənin çərşənbə günü yenidən səsverməyə çıxarılacağını bildirib.
Bakı vaxtı ilə saat 11:25-ə olan məlumata görə, əsas altı valyuta qarşısında dolların məzənnəsini ölçən Dollar İndeksi 0,3% azalaraq 97,49-a düşüb. Gün ərzində isə indeks ötən çərşənbədən bəri ilk dəfə 97,584-ə qədər enib.
Əmək və Ticarət Departamentləri bağlanma zamanı statistik məlumatların dərcinin dayandırılacağını açıqlayıb. Bu, bazarlar üçün kritik göstərici hesab edilən və cümə günü açıqlanmalı olan kənd təsərrüfatı sektoru istisna məşğulluq (nonfarm payrolls) hesabatının da gecikdirilməsi deməkdir.
Son açıqlanan JOLTS hesabatı dolları əlavə təzyiq altında qoyub. Hesabata əsasən, avqust ayında ABŞ-da boş iş yerlərinin sayı cüzi artsa da, işə qəbul tempi zəifləyib. Bu isə əmək bazarında zəifləmə əlaməti kimi qiymətləndirilir.
Senatda Respublikaçıların yeddi həftəlik maliyyələşdirmə təklifi 55-ə qarşı 45 səslə qəbul edilməyib. Qanunun keçməsi üçün 60 səs tələb olunur. Demokratların əksəriyyəti təklifə qarşı çıxıblar. Yalnız Pensilvaniyadan Con Fetterman, Nevadadan Ketrin Kortes Masto və Demokratlara yaxın müstəqil senator Meyndən Angus Kinq lehinə səs verib. Respublikaçılardan isə Kentukkidən Rand Pol layihəyə qarşı çıxıb.
Demokratların dəstəklədiyi alternativ təklif də gün ərzində Senatda rədd edilib. Nümayəndələr Palatasında sentyabrda qəbul etdiyi Respublikaçıların layihəsi yuxarı palatada irəliləyə bilməyib.
Siyasi böhran səhiyyə və sığorta xərcləri ilə bağlı fikir ayrılıqları üzərində cəmlənib. Demokratlar maliyyə paketinə səhiyyə subsidiyalarının daxil edilməsini tələb edir, Respublikaçılar isə bu məsələnin ayrıca müzakirəyə çıxarılmasının tərəfdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 saat əvvəl
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
2 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
-
2 saat əvvəl
Azərbaycan qazı üçün yeni Avropa bazarı – Slovakiya ilə danışıqlar davam edir
-
2 saat əvvəl
KPMG Azərbaycanın nəqliyyat sektorundakı layihələrə dair təkliflər təqdim edəcək
-
2 saat əvvəl
"Azərbaycana 30 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
Ən çox oxunanlar
8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır





























