Bankın Biznesə dəstək şöbəsinə mütəxəssislər tələb olunur
Bank “BTB” ASC, Biznesin inkişafı və marketinq Departamenti, Biznesə dəstək şöbəsinin Kiçik mütəxəssis/Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC özkaryerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Biznesin inkişafı və marketinq Departamenti, Biznesə dəstək şöbəsinin Kiçik mütəxəssis/Mütəxəssisi
İş barədə məlumat:
1. Bank məhsul və xidmət standartları və digər əlaqədar layihələrin hazırlanmasında, satış nöqtəsinin işçilərinin, habelə digər aidiyyəti işçilərin məlumatlandırılmasında yaxından iştirak edilməsi və zəruri hallarda koordinasiya olunması;
2. Bankın qəbul olunmuş fəaliyyət və inkişaf ilə bağlı olan siyasətinə uyğun olaraq məhsul və xidmətlər barədə mütəmadi bazar araşdırmalarının aparılmasında, müştəri qruplarının müəyyənləşdirilməsi və uyğun təkliflərin hazırlanmasında yaxından iştirak edilməsi və zəruri hallarda koordinasiya olunması;
3. Məhsul şərtlərinə yeni redaksiyaların hazırlanması və razılaşdırılaraq rəsmiləşdirilməsinin təmin edilməsi;
4. Bankın strategiyası, bankdaxili təhlillər və bazar araşdırmaları məlumatları əsasında yeni məhsul və xidmətlərin yaradılması barədə təklifləri hazırlayaraq rəsmiləşdirilməsinin təmin edilməsi və zəruri hallarda koordinasiyası;
5. Mövcud məhsul və xidmətlər bazarının, satışların daimi təhlil olunması, onların xüsusiyyətlərinə və şərtlərinə əlavə və ya dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanmasında yaxından iştirak edərək rəsmiləşdirilməsinin təmin edilməsi və zəruri hallarda koordinasiya olunması;
6. Məhsulların hazırlanması ilə bağlı biznes proseslərin müəyyən edilməsində yaxından iştirak edir və onların gedişatının tənzimlənməsi və müvafiq nəzarətin həyata keçirilməsini təmin edir;
7. Satış nöqtələrində işin optimallaşdırılmasına dəstək göstərilməsi və zəruri hallarda koordinasiya olunması;
8. Digər aidiyyəti struktur bölmələri ilə birlikdə bankın məhsul və xidmətlərinin yaradılması və ya təkmilləşdirilməsində yaxından iştirak edilməsi və zəruri hallarda koordinasiya olunması;
9. Bankın məhsullarının effektivliyinin olçülməsi və ya müqayisəsi məqsədilə hesabatların hazırlanması;
10. Məhsullar üzrə Bazar tələbatlarını təhlil edərək məhsul və xidmətlər üzrə kampaniyalara dair təkliflər hazırlamaq;
11. Bankın məhsul və xidmətlərinə dair yeniləmələrin icrasını təmin etmək, həmçinin dəyişikliklərin müvafiq məlumat mənbələrində yenilənməsi və zəruri hallarda koordinasiya olunması;
12. Bankın məhsul və xidmətlərinə dair prosedur qaydalarının tərtib edilməsi və yenilənməsi, zəruri hallarda koordinasiya olunması;
13. Səlahiyyətli şəxsin, Şöbə rəhbərinin və Departament direktorunun bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
· Ali təhsil;
· MS Office proqramlarında işləmək bacarığı;
· Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
· Yüksək məsuliyyət hissi;
· Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
· Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Biznesin inkişafı və marketinq Departamenti, Biznesə dəstək şöbəsinin Kiçik mütəxəssis/Mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 23 saat sonra
-
14 d. əvvəl
50 milyon manatlıq istiqrazlara 146 milyon manatdan çox sifariş verildi
- 27 d. əvvəl
-
35 d. əvvəl
Kapital Bank istiqrazlarına investor axını: Tələb təklifi 3 dəfə üstələdi
-
1 saat əvvəl
Biləcəridə metroya yaxın mənzil almaq istəyənlər üçün hansı seçimlər var? ®
-
1 saat əvvəl
Azərbaycanda işləyən sosial platformalara dövlət qeydiyyatı tələbi gəlir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibkarların illərdir gözlədiyi dəyişiklik: Vergi orqanının əməkdaşı artıq bunu edə bilməz
-
2 saat əvvəl
Aylıq ödənişləri 620 manatdan başlayır - DAHA 204 MƏNZİL KİRAYƏ YOLU İLƏ SATIŞDA
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Cərimələr müəyyənləşdi - 50 MIN MANATADƏK CƏRİMƏLƏR
Ən çox oxunanlar
Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı ®
Sahibkarların illərdir gözlədiyi dəyişiklik: Vergi orqanının əməkdaşı artıq bunu edə bilməz
Azercell-dən illik “ZengimCELL” xidməti ®
Trampdan yeni təhdid: “Hörmüz açılmasa, İranı çox sərt vuracağıq”
Avqustun 6-da gözlənilən hava şəraiti
























