AFB Bank-ın yarımillik nəticələrinə əsasən mənfəəti 4,3 dəfə artıb - MÜSAHİBƏ
"Bu artımın əsas səbəblərindən biri komanda işinin gücləndirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsidir"
AFB Bankın Maliyyə direktoru (CFO), İdarə Heyəti sədrinin müavini Lalə Quliyeva ilə müsahibə.
- Lalə xanım, bankın yarımillik nəticələri açıqlandı və görünür ki, əksər göstəricilər üzrə artım müşahidə olunub. Bu artımın səbəbləri nələrlə bağlıdır?
- Qeyd etdiyiniz kimi, bankın ilk altı ay üzrə maliyyə nəticələri açıqlanıb və ümumilikdə müsbət dinamika müşahidə olunur. Belə ki, bankımız ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artım göstərərək 2.7 milyon manat mənfəət əldə etmişdir. Bu artımın əsas səbəblərindən biri komanda işinin gücləndirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsidir. Əsas məqsədimiz müştəri məmnuniyyətini artırmaq və bankın daha əlçatan, etibarlı tərəfdaş imicini möhkəmləndirməkdir.
- Müştəri məmnuniyyətini artırmaq üçün bank hansı layihələri həyata keçirib?
- Əsas hədəflərimizdən biri innovativ həllər təqdim etməklə müştəri məmnuniyyətini artırmaqdır. Belə ki, təqdim etdiyimiz rəqəmsal məhsullar müştərilərin vaxt itkisini minimuma endirərək rahat və sürətli xidmət almasına imkan yaradır. Bu istiqamətdə artıq bir neçə böyük layihə reallaşdırılıb. Onlardan ən önəmlisi “baştan-başa” kredit məhsuludur – bu məhsul vasitəsilə müştərilərimiz pərakəndə kreditləri banka gəlmədən, tam onlayn şəkildə əldə edə bilirlər.
Eyni zamanda, mobil bank tətbiqimiz üzərində ciddi işlər aparılır və yaxın zamanda müştəri məmnuniyyətini artıracaq yeni versiya istifadəyə veriləcəkdir. Bankımız yalnız pərakəndə müştərilərə deyil, sahibkar, hüquqi və fiziki şəxslərə də önəm verir. Bu məqsədlə müştəri ehtiyaclarını tam qarşılayacaq şəkildə hazırlanmış yenilənmiş internet bankçılıq platformamız yaxın zamanda istifadəyə veriləcək Bütün bu təşəbbüslər nəticə etibarilə bankın maliyyə göstəricilərinə də müsbət təsir göstərmiş olacaq.
- Maliyyə göstəricilərinə əsasən kredit portfelinizdə 19%-lik artım qeydə alınıb. Bu artım daha çox hansı sahə və müştəri qruplarında müşahidə olunur?
- Kredit portfelimizdə demək olar ki, bütün istiqamətlər üzrə artım müşahidə olunmuşdur. Pərakəndə sahəsində təqdim etdiyimiz yeni və innovativ həllər müştərilərin bankımızı seçməsində mühüm rol oynamışdır. Lakin xüsusi vurğulamaq istərdim ki, bizim üçün prioritet istiqamətlərdən biri həm mikro, həm də orta və iri biznes kreditlərinin inkişafıdır. Artıq bu sahədə də nəticələr özünü göstərir – belə ki, orta və iri biznes kreditlərində 40%, mikro kreditlərdə isə 2.5 dəfə artım qeydə alınıb. Bu nəticələri əldə etmək üçün komandamıza yeni və peşəkar əməkdaşların cəlb olunması istiqamətində məqsədyönlü iş aparılır.
- Müddətli əmanət portfelində 50%-dən çox artım müştəri inamının göstəricisidir. Bunu necə əldə etdiniz və inamı necə qoruyursunuz?
- Bank olaraq yalnız məhsul satışına deyil, eyni zamanda müştəri təhlükəsizliyi və xidmət keyfiyyətinə də böyük önəm veririk. Bu yanaşma müştərilərin banka olan inamını artırır. Az öncə qeyd etdiyim kimi, yüksək xidmət səviyyəsi və rahat bankçılıq imkanları nəticəsində müştəri bazamız genişlənir və müştərilərin bankımıza yatırdığı müddətli əmanətlərin həcmi əhəmiyyətli dərəcədə artır.
- Bankın kapital adekvatlıq göstəricilərinin yüksək olması bazar mövqeyinizə necə təsir edir?
-Hazırda həm məcmu, həm də I dərəcəli kapital üzrə adekvatlıq göstəricilərimiz Mərkəzi Bankın tələblərindən xeyli yüksəkdir. Belə ki, məcmu kapital üzrə minimum tələb 10% olduğu halda, bankımızda bu göstərici 33.97%- , I dərəcəli kapitalın adekvatlığı üzrə tələb 5% olduğu halda isə bankımızda bu rəqəm 31.77% təşkil edir. Bu göstəricilər bankın maliyyə dayanıqlığını və risklərə qarşı dayanıqlığını nümayiş etdirir. Bu da təbii olaraq bankın bazardakı mövqeyini gücləndirməsi və böyüməsi üçün dayanıqlı platforma yaradır.
- 2025-ci ilin ilk yarısında AFB Bank-ın ROA və ROE göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artıb. Bu rentabellik artımına səbəb olan amillər hansılardır?
- Bəli, doğrudur. 2025-ci ilin ilk altı ayı ərzində həm ROA (aktivlərin gəlirliliyi), həm də ROE (kapitalın gəlirliliyi) göstəricilərində əhəmiyyətli artım qeydə alınıb. Bu artım təkcə maliyyə göstəricilərinin yaxşılaşması ilə deyil, daxili idarəetmə proseslərinin səmərəliliyinin artırılması, risklərin effektiv idarə olunması, xərclərin optimallaşdırılması və gəlir mənbələrinin diversifikasiyası ilə bağlıdır.
Eyni zamanda, müştəriyönümlü yanaşmanın tətbiqi və innovativ məhsulların bazara təqdim olunması sayəsində həm kredit portfelimizdə, həm də komissiya gəlirlərində artım müşahidə olunmuşdur. Bu göstəricilər təkcə bu günün deyil, bankın gələcəkdə də dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin edəcək əsaslardır.
AFB Bank olaraq, bütün fəaliyyətimizin mərkəzində dayanıqlı inkişaf, yüksək müştəri məmnuniyyəti və peşəkar idarəetmə prinsipləri dayanır. Qarşıdakı dövrdə də məqsədimiz bu dəyərləri rəhbər tutaraq bankımızın bazar mövqeyini daha da möhkəmləndirmək və yeni yanaşmalar tətbiq etməyə hədəflənmiş addımlarla müştərilərimizin inamını qazanmaqdır.
- Müsahibəyə görə, təşəkkür edirik.
© BBN
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayterlərindən biridir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR ilə SLB şirkətilə sənəd imzaladı
-
-
37 d. əvvəl
Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
- 10 saat əvvəl
-
16 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
16 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 16 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR ilə SLB şirkətilə sənəd imzaladı

Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı

Rəsmi məzənnələr açıqlandı

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

Əliyev Danimarkada səfərdədir, ziyafətdə iştirak edib

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
Ən çox oxunanlar

Netflix-in səhmləri İlon Maskın izləyicilərini xidmətə abunəliyi ləğv etməyə çağırandan sonra ucuzlaşıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Gəncə Avtomobil Zavodu 80 kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair razılığa gəldi - MİNSKDƏ MÜQAVİLƏ İMZALANIB

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
