Yusif Cabbarov: Transxəzər Kabel Xətti regionda texnoloji inkişafa töhfə verəcək
“AzerTelecom” və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel xəttinin çəkilməsi üzrə işlərə başlamaq üçün zəruri Layihə Tədqiqatının (Desktop Study) uğurla bitməsini elan ediblər.
Azərbaycan ilə Qazaxıstan arasında ilk fiber-optik bağlantının qurulmasını nəzərdə tutan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə növbəti əhəmiyyətli mərhələ artıq tamamlanıb. Layihənin icraçıları “AzerTelecom” və “Kazakhtelecom” kabelin dəniz dibi ilə çəkilməsi üzrə işlərə başlamaq üçün zəruri Layihə Tədqiqatının (Desktop Study) uğurla bitməsini elan ediblər. Bu tədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttinin potensial marşrutunun müəyyənləşdirilməsi üçün aparılmış ilkin və detallı mühəndislik təhlilini əhatə etməklə tikinti işlərinin başlanması baxımından xüsusi önəm daşıyır.
Layihə Tədqiqatının nəticələrinə əsasən hazırlanmış hesabat Xəzər dənizinin xəritələrinin, dəniz dibinin və ekoloji xüsusiyyətlərinin, o cümlədən potensial marşrut risklərinin ətraflı təhlilini təqdim edir. Hesabat, həmçinin layihənin növbəti mərhələləri olan dəniz dibinin tədqiqatı və kabel marşrutunun layihələndirilməsi üçün vacib olan məlumatları əks etdirir.
Layihəyə texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir. Şirkət layihənin bütün mərhələlərinin və əldə olunan nəticələrin beynəlxalq standartlara və qabaqcıl sənaye təcrübələrinə uyğunluğunu təmin edir. “Pioneer Consulting” Layihə Tədqiqatı mərhələsində əsas texniki məlumatların nəzərdən keçirilməsi və ekspert rəylərinin təqdim edilməsində iştirak edərək, hesabatın “AzerTelecom” və “Kazakhtelecom” tərəfindən qəbul olunmasına dəstək göstərib.
Bu mərhələnin tamamlanması göstərir ki, təklif olunan fiber-optik kabelin marşrutu beynəlxalq mühəndislik standartlarına cavab verir və yüksək təhlükəsizlik və keyfiyyət göstəricilərinə uyğundur.
Azərbaycanın magistral internet provayderi “AzerTelecom” şirkətinin daxil olduğu “NEQSOL Holding”in sədri Yusif Cabbarov qeyd edib ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi regionda rəqəmsal əlaqəni və texnoloji inkişafı gücləndirməklə yanaşı, regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.
“Bu layihə “NEQSOL Holding”in strateji “Rəqəmsal İpək Yolu” təşəbbüsünün əsas hissəsidir və regionda dayanıqlı rəqəmsal gələcəyin qurulmasını hədəfləyir. Bu məqsədə çatmaq üçün biz beynəlxalq səviyyədə tanınan qabaqcıl həlləri tətbiq edərək Asiya ilə Avropa arasında daha sürətli, etibarlı və yüksək keyfiyyətli bağlantı dövrünə keçidi təmin edirik”, – deyə Yusif Cabbarov əlavə edib.
Fotoda: “NEQSOL Holding”in sədri Yusif Cabbarov
“Kazakhtelecom” şirkətinin strategiya və xarici aktivlər üzrə baş direktoru Nurlan Meirmanov bildirib: “Bu il biz Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilə imzaladıq və artıq dəniz marşrutunun tədqiqi üçün zəruri olan Layihə Tədqiqatı mərhələsini uğurla başa çatdırdıq. Sevindirici haldır ki, bütün fəaliyyətlər müəyyən olunmuş cədvələ uyğun həyata keçirilir. Layihənin miqyasını və unikallığını nəzərə alaraq, “Kazakhtelecom” tərəfindən layihəyə fokuslanan xüsusi işçi qrupu formalaşdırılıb”.
“Pioneer Consulting” şirkətinin layihə meneceri və müştəri həlləri üzrə direktoru Deyv Mari layihə barədə öz fikirlərini paylaşıb: “2024-cü ilin yanvar ayından komandamız Transxəzər sualtı kabel sisteminin layihələndirilməsi və satınalma mərhələsində dəstək göstərib. “AzerTelecom” və “Kazakhtelecom” ilə əməkdaşlıq edərək region üçün böyük önəm daşıyan yüksəksürətli və etibarlı fiber-optik sistemin qurulmasında iştirak etməkdən qürur duyuruq”.
Transxəzər Fiber-Optik Kabel Xətti Layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu xətt çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.
“AzerTelecom” haqqında
“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.
“Kazakhtelecom” haqqında
“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.
“Pioneer Consulting” haqqında
“Pioneer Consulting” sualtı fiber-optik telekommunikasiya sistemlərinin qurulması sahəsində müştərilərə məqsədlərini reallaşdırmaqda dəstək verən aparıcı konsaltinq şirkətidir. Şirkət layihələndirmə, texniki dizayn, gəmidə nəzarət, həmçinin layihələrin bütün mərhələlərində texniki və kommersiya istiqamətləri üzrə əhatəli məsləhət xidmətləri təqdim edir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Valentino, Chloé, YSL, Balenciaga brendləri azərbaycanlı memar Rafael Abbasova etibar edirlər - Nüfuzlu Forbes jurnalı yazır
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 31 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Planlaşdırılan növbəti hücumlar daha da qəddardır, İran gec olmadan razılaşmalıdır
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bank Respublika”dan xeyirxah təşəbbüs - SƏDRİ BAŞDA OLMAQLA ƏMƏKDAŞLARI QAN VERİBLƏR
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

4 gün İRŞAD-da yüksək endirimlər olacaq

Unibank-ın rəhbərliyinə yeni təyinat olub

Tramp: Planlaşdırılan növbəti hücumlar daha da qəddardır, İran gec olmadan razılaşmalıdır

Azərbaycanda 13 milyard manatlıq pərakəndə satış!

Azərbaycanda 50 milyard manatlıq istehsal

"Son zəng" günü 37 dərəcə isti olacaq

Azərbaycanda inflyasiya açıqlandı
Ən çox oxunanlar

AFB Bank bütün Mikro və Aqro müştərilərinin yanındadır!

İsrail ehtiyatda olan on minlərlə hərbçini xidmətə çağırır

AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə!

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!

Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir

Valentino, Chloé, YSL, Balenciaga brendləri azərbaycanlı memar Rafael Abbasova etibar edirlər - Nüfuzlu Forbes jurnalı yazır
