Qlobal bazarlarda son vəziyyət

ABŞ prezidenti Donald Tramp və “Tesla” şirkətinin rəhbəri Elon Mask arasında yaranan münaqişə, həmçinin, ABŞ və Çin arasında London görüşlərinin keçirilməsi fonunda beynəlxalq birjalarda ötən həftənin sonu və cari həftənin əvvəli yüksək volatillik müşahidə olunur.
Belə ki, EURUSD valyuta cütlüyü keçən həftə 1.13710 səviyyəsinə qədər ucuzlaşsa da, ötən gün 1.14390 səviyyəsinə qədər bahalaşıb. Eyni müddət ərzində GBPUSD cütlüyü 1.35160 səviyyəsindən 1.35810 səviyyəsinə kimi artıb. USDJPY məzənnəsi 143.970 həddini aşağıya doğru test etdikdən sonra 145.280 həddinə qədər, USDCHF məzənnəsi isə 0.81920 həddindən 0.82410 həddinə kimi yüksəlib.
“Güvənli liman” maliyyə aləti kimi qızıl dolların bahalaşması ilə bir qədər mövqelərini itirib. Dəyərli metal ötən həftə 3403$ səviyyəsinə qədər bahalaşdıqdan sonra dəyər itirməyə başladı və 3294$ səviyyəsinə qədər ucuzlaşdı. Hazırda qızılın bir unsiyası 3314$-a ticarət olunur. “Brent” markalı neftin bir bareli isə 66.90$-a qədər yüksəlib.
Xatırlamaq lazımdır ki, cümə günü gecə Elon Mask sosial şəbəkə “X”-də bir sıra paylaşımlar edib. İş adamı paylaşdığı postlarda xüsusilə bildirib ki, Donald Tramp onun dəstəyi olmadan prezident seçkilərini uda bilməzdi. Mask, həmçinin, Trampa impiçment elan edilməsinə çağıran bir istifadəçinin paylaşımına “bəli” cavabı verib.
Öz növbəsində Tramp dövlət subsidiyalarının ləğv edilə və Maskın şirkətləri ilə olan dövlət müqavilələrinin dayandırıla biləcəyini bildirib. Buna cavab olaraq Elon Maskın sahibi olduğu “SpaceX” şirkəti “Dragon” kosmik gəmisinin istismardan dərhal çıxarılacağını elan edib.
ABŞ və Çin Londonda ikitərəfli ticarət sahəsindəki ziddiyyətlərin aradan qaldırılması ilə bağlı yüksək səviyyəli növbəti danışıqlar raundunu keçiriblər. Verilən məlumata görə, Çin nümayəndə heyətinə vitse-premyer Xe Lifən, ABŞ tərəfindən isə ticarət naziri Hovard Latnik, maliyyə naziri Skott Bessent və ticarət üzrə nümayəndə Ceymison Qrir qatılıb.
Bildirilir ki, danışıqlarda əsas diqqət tariflərə, nadir torpaq elementləri və qabaqcıl texnologiyaların ixracına qoyulan məhdudiyyətlərə yönəlib. Aprel ayında Çin hökuməti yeddi nadir torpaq elementinin ixracına nəzarəti sərtləşdirmişdi ki, bu da, ABŞ-da və bütün dünyada avtomobil istehsalında ləngimələrə səbəb olmuşdu.
Cari həftə ərzində xəbər təqvimində yer alan ən əsas məqamlar ABŞ prezidenti Donald Trampın çıxışı, ABŞ-da və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və Böyük Britaniyada açıqlanacaq ÜDM göstəriciləri olacaq. Qeyd olunan xəbərlər beynəlxalq birjalarda qiymətlərin kəskin dəyişməsinə səbəb ola bilər.
Bu həftə Birləşmiş Krallıqda, Yaponiyada və Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi, Böyük Britaniyada və Avrozonada açıqlanacaq Ticarət Saldosu və İşsizlik Səviyyəsi, eləcə də, ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdir.
EUR
Ötən həftəni 1.13910 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftəyə artımla başlayıb.
Hazırda 1.14140 hədlərində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.15000 həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Mümkün eniş ssenarisində isə əsas dəstək həddi kimi, 1.13000 səviyyəsi çıxış edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın baş tutacaq çıxışlarında verə biləcəyi açıqlamaları avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
XAUUSD
Qızıl ötən həftə 3403$-a kimi bahalaşsa da, cari həftə dolların dəyərinin artması ilə yenidən 3294$ həddinə kimi ucuzlaşıb. Dünən 3338$-a kimi yenidən bahalaşan dollar bu səviyyədə möhkəmlənə bilmədi və 3302$-a qədər gerilədi. Mümkün eniş ssenarisində isə qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.
Brent
“Brent” markalı neftin bir barel üçün dəyəri ABŞ və Çin arasında danışıqların Londanda davam etməsi fonunda 66.90$-a qədər bahalaşıb. Qeyd etmək lazımdır ki, qara qızıl 23 aprel 2025-ci il tarixindən etibarən ilk dəfədir ki, bu həddə qədər bahalaşıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri

Azərbaycanda bir ilk! “Gardashlar Mebel”dən laboratoriyalar üçün yeni nəsil təhlükəsizlik avadanlığı
SON XƏBƏRLƏR
-
20 d. əvvəl
“CASPİAN FİNANCE BOKT”ın nizamnamə kapitalı kəskin artırıldı
-
13 saat əvvəl
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
-
13 saat əvvəl
Azərbaycanın Baş naziri Daşkənddə Özbəkistan Prezidenti ilə görüşüb
-
-
13 saat əvvəl
ATL Akademiya və ATL Tech-dən texnologiya sahəsində qadınlara dəstək
-
14 saat əvvəl
“PAŞA Bank”ın xalis mənfəətinin azalmasının səbəbi açıqlanıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda bir ilk! “Gardashlar Mebel”dən laboratoriyalar üçün yeni nəsil təhlükəsizlik avadanlığı
-
15 saat əvvəl
İri bank Bakı Ağ Şəhərdə yeni inzibati binaya köçəcəyini açıqladı
-
15 saat əvvəl
Prezident Azərbaycanla Çin arasında viza rejiminin ləğvini təsdiqlədi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

“CASPİAN FİNANCE BOKT”ın nizamnamə kapitalı kəskin artırıldı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Azərbaycanın Baş naziri Daşkənddə Özbəkistan Prezidenti ilə görüşüb

ATL Akademiya və ATL Tech-dən texnologiya sahəsində qadınlara dəstək

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku və “KPMG” audit şirkəti əməkdaşlığa başlayıb

VTB (Azərbaycan) "Monopoliya" stolüstü oyununu alır
Ən çox oxunanlar

Azərbaycanda bir ilk! “Gardashlar Mebel”dən laboratoriyalar üçün yeni nəsil təhlükəsizlik avadanlığı

İri bank Bakı Ağ Şəhərdə yeni inzibati binaya köçəcəyini açıqladı

Bank 2025-də Şuşada filialını, Ağdamda nümayəndəliyini açacaq

Gömrük Komitəsinin yeni 18 mərtəbəli binasının açılışı oldu

SOCAR 3 milyon dollar faiz ödədi

OBA “Best Managed Companies Azerbaijan 2025” qalibi oldu
