BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” qaz yatağında ikinci quyu qazılacaq.
Bu barədə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell 30-cu yubiley Bakı Enerji Forumu çərçivəsində şirkətin mətbuat konfransında bildirib.
"Bir neçə il əvvəl BP və SOCAR birgə quyu qazaraq “Şəfəq-Asiman” adlı qaz yatağını kəşf edib. Əldə edilən məlumatların təhlilindən sonra biz belə qənaətə gəldik ki, lay əvvəlcə güman edildiyindən daha böyük ola bilər. Bunu təsdiqləmək üçün ikinci quyu qazılmalıdır. Əgər gözləntilərimiz özünü doğrultsa, işlənmə proqramı hazırlanacaq və biz qaz hasilatına başlayacağıq", - o qeyd edib.
Q. Birrellin sözlərinə görə, Xəzər regionunda BP və SOCAR-ın uzunmüddətli və etibarlı tərəfdaşı olan “Türkiye Petrolleri” (TPAO) şirkəti layihədə iştirak etməyə ciddi maraq göstərib.
"TPAO rəsmi olaraq BP və SOCAR ilə tərəfdaşlığa qoşulub. Biz birlikdə ikinci quyunu qazmağı planlaşdırırıq. Əgər layın həqiqətən də güman edildiyindən daha böyük olduğu təsdiqlənərsə, bu, yatağın işlənməsinə başlamaq üçün yol açacaq", - o əlavə edib.
Xatırladaq ki, SOCAR və TPAO bu gün şirkətin “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalayıb.
Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 % iştirak payına sahib olacaq - bunun 15 %-i BP-dən, 15 %-i isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda BP və SOCAR HPBS-də hər biri 50 % iştirak payına malikdir. BP kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.
Bu günə qədər blokda aparılmış geoloji kəşfiyyat işlərinə 3D seysmik tədqiqatın aparılması, əldə edilmiş məlumatların emalı və interpretasiyası, həmçinin bir kəşfiyyat quyusunun (SAX01) qazılması daxildir. 2021-ci ildə tamamlanmış SAX01 quyusu 7189 metr dərinliyə çatmaqla Fasilə lay dəstinin əsasınadək qazılmış və keçilən laylarda qaz-kondensat ehtiyatlarının mövcudluğunu təsdiqləmişdi. Daha sonra quyu əlavə qiymətləndirmə işlərinin aparılması və növbəti fəaliyyətlərin planlaşdırılması üçün bağlanmışdı.
BP ilə SOCAR arasında “Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə HPBS 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. “Şəfəq-Asiman” dəniz bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə suyun dərinliyi 650-800 metr olan bir ərazidə yerləşir. Blok “Şahdəniz”dən 60 km, Səngəçal terminalından isə 145 km-lik məsafədə yerləşir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb
-
16 saat əvvəl
"EMBAFİNANS"ın 2 milyon manatlıq istiqrazları ilə bağlı qərar
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Unibank” hər kəs üçün 1 günlük 0 % komissiyalı kredit aksiyası keçirir
-
17 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz buraxılışı: İLLİK 10.5% GƏLİR TƏKLİF EDİR
- 17 saat əvvəl
-
17 saat əvvəl
İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET
- 17 saat əvvəl
Son Xəbərlər

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Kürdəmirdə Bostan Festivalı baş tutdu - FOTOLAR

Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarıldı

Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

Dövlət 2 bankda 330 milyon manat depozit yerləşdirdi

İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET

Azərbaycanda kredit kartlarının sayı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Əhalinin banklarda 15 milyard manatdan çox əmanəti var

FİNCA yenidən borc alır - BORCVERƏNƏ İLLİK 15 FAİZ ÖDƏYƏCƏK

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapıtalı artırılıb

"Bu il Azərbaycanda sığorta haqları 1,4 milyard manatı ötə bilər"
