Bank sektoru ilə bağlı yeni göstəricilər açıqlandı

Mərkəzi Bank pul-kredit göstəriciləri ilə bağlı son rəqəmləri açıqlayıb.
Marja.az xəbər verir ki, son göstəricilər Mərkəzi Bankın "Statistik bülleten - Mart 2025" hesabatında dərc edilib.
Bank sektoru
31 mart 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 491, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,290 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 121 nəfər artaraq 25 min 755 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 54 milyard 855.6 milyon manat, cəmi öhdəlikləri 47 milyard 960.7 milyon manat, balans kapitalı 6 milyard 894.9 milyon manat olmuşdur. Mart ayında bankların aktivləri 2.4% (1 milyard 294 milyon manat), öhdəlikləri 2.6% (1 milyard 212.3 milyon manat), balans kapitalı isə 1.2% (81.7 milyon manat) artmışdır.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 milyont artaraq 27 milyard 877.1 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.6% (14 milyard 935 milyon manat);
ıı) istehlak kreditləri – 30.9% (8 milyard 603.6 milyon manat) və
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 338.5 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 77.8%-i və ya 37 milyard 293.1 milyon manat. Depozit portfelinin 60.5%-i (22 milyard 549 milyon manat) hüquqi şəxslərin, 39.5%-i (14 milyard 744.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9 milyard 785.1 milyon manat) milli valyutada, 33.6%-i (4 milyard 959 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9 milyard 9.3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 799.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin mart ayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq 33.1% təşkil etmişdir.
2025-ci ilin yanvar-mart aylarında banklar 253.3 milyon manat xalis mənfəət, 402.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin I rübündə banklar tərəfindən ümumilikdə 61.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin mart ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.2% artaraq 35 milyard 559.1 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 97.9 milyon manat artaraq 2 milyard 683.3 milyard manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 min ədəd artaraq 20 milyon 460 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.4% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 0.01% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 dəfə artmışdır. 2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 562 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 668 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 890 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 38% artmışdır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 19 d. əvvəl
-
40 d. əvvəl
Avropa bankı Azərbaycan bankına növbətə dəfə iri həcmdə kredit ayırdı
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub
-
2 saat əvvəl
Martda bankların əhaliyə verdikləri kreditlər üzrə portfeli azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
2 gün əvvəl
Bank Respublika rəhbərliyi və əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
- 2 gün əvvəl
Son Xəbərlər

Bank Cəlilabadda yeni konseptli filialını açdı

Ziraat Bank Azərbaycan ekoloji təşəbbüsə dəstək verib

Bank sektorunda xalis mənfəət 20 faizə yaxın azalıb

Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

Azərbaycanın “Pak Xalça” şirkəti mühüm status qazanıb - Xalça yumasına 50-dən çox brend zəmanət verir

Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
