Bank icması Azərbaycan Banklar Assosiasiyasının 35 illiyini qeyd edir
Bu gün ölkənin bank sektorunun birliyi olan Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35-ci, Azərbaycan Bank Maliyyə Tədris Mərkəzinin 25-ci ildönümünü qeyd edilir.
ABA-nın yaydığı məlumatda bildirilir ki, hazırda Assosiasiya 22 bank, 2 bank olmayan kredit təşkilatı və bank-maliyyə sektoru ilə əlaqədar 3 digər təşkilat olmaqla 27 üzvü birləşdirir.
Qeyd edilib ki, Assosiasiya üzvlərinin korporativ maraqlarını təmsil edən, onların dayanıqlı inkişafını dəstəkləyən və bank sektorunda innovasiyaların tətbiqini təşviq edən əsas qurumdur. Assosiasiyanın tərkibində Azərbaycan Bank Maliyyə Tədris Mərkəzi, “Banklar və Biznes Qəzeti”, “Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar bağça-lisey-məktəb kompleksi”, “Bank Ombudsmanı” və “Münsiflər Məhkəməsi” fəaliyyət göstərir.
Assosiasiya, nəzdində fəaliyyət göstərən 17 Ekspert Qrupu vasitəsilə sektorun inkişaf hədəflərini və çağırışlarını müzakirə edərək bankçılığın cari və gələcək inkişaf strategiyasının yönləndirilməsinə töhfə verir. Bankların beynəlxalq əlaqələrinin qurulmasına və xarici təcrübənin öyrənilməsinə önəm verərək, Assosiasiya dünyanın müxtəlif bank birlikləri ilə ikitərəfli əməkdaşlıq edir və bir sıra regional maliyyə qurumlarının üzvüdür. Xüsusilə, Assosiasiya Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının yaradılmasının əsas təşəbbüskarlarından biri olmuşdur.
Assosiasiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətin qanunverici, icraedici və məhkəmə orqanları, ictimai təşkilatlar və həmçinin beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmış, bank qanunvericiliyinin təkmilləşdirilməsi, bank infrastrukturunun formalaşması, ölkədə həyata keçirilən iqtisadi islahatların bank sektoru tərəfindən dəstəklənməsində əhəmiyyətli işlər görməyə davam edir.
Assosiasiya həmçinin FINTEX Sammiti və Beynəlxalq Bankçılıq Forumu kimi nüfuzlu beynəlxalq və regional tədbirlərin təşkilatçısıdır. Hər il Bakıda keçirilən bu tədbirlərdə maliyyə-bank sahəsində yeni trendlər, dayanıqlı bankçılıq, müasir tənzimləmə çərçivələri və təhlükəsizlik mövzuları işıqlandırılır.
"Bu gün qarşımızda duran prioritet hədəflərimizə işğaldan azad edilmiş torpaqlarımız daxil olmaqla, ölkəmizin bütün ərazisində maliyyə inklüzivliyinin dərinləşməsi və əlçatanlığının genişləndirilməsi, sektorda rəqəmsallaşmanın inkişafı, dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidə töhfə verəcək dayanıqlı və “yaşıl” layihələrin maliyyələşdirilməsinin genişləndirilməsi, maliyyə savadlığının artırılması, sahibkarlara və vətəndaşlarımıza müasir və etibarlı bank-maliyyə xidmətləri təqdim edərək müştəri məmnunluğunun maksimum təmin edilməsi, eləcə də korporativ sosial məsuliyyətimizə sadiqlik daxildir. Bütün bu hədəflərə maliyyə ekosisteminin digər iştirakçıları ilə əməkdaşlıq çərçivəsində maneəsiz nail olacağımıza inanırıq.
Ölkə rəhbərliyinin daima diqqət və qayğısı, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi, vətəndaşlarımızın etimadı, üzvlərin birliyi, qətiyyəti və yaradıcı ideyaları sayəsində Assosiasiya öz üzvləri ilə birlikdə qarşılaşdığı bütün çağırışların öhdəsindən layiqincə gəlmişdir.
Bu əlamətdar yubiley münasibətilə üzvlərimizi, onların rəhbərlərini və əməkdaşlarını, Ekspert Qruplarımızın çoxsaylı üzvlərini səmimi qəlbdən təbrik edirik. Əldə etdiyimiz nailiyyətlər birliyimizin və ümumi məqsədlərimizə çatmaq üçün birgə səylərimizin nəticəsidir.
Əminik ki, qarşıdakı illərdə də sektorun qabaqcıl texnoloji trendlərə əsaslanan dinamik inkişaf tempini qoruyaraq sahibkarlarımıza və vətəndaşlarımıza innovativ və etibarlı bank-maliyyə xidməti göstərməyə, həmçinin real iqtisadiyyatın aktiv maliyyələşdirilməsi vasitəsilə ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə birlikdə mühüm töhfələr verməyə davam edəcəyik",- məlumatda bildirilir.
Gələcəyin bankçılığını birlikdə qururuq !
Azərbaycan Banklar Assosiasiyasının 35 illik yubileyinə həsr olunmuş Banklar və Biznes jurnalının xüsusi buraxılışında yer alan "ABA haqqında" məqaləni təqdim edirik:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir
























