“Xiaomi 15” smartfonlarının təqdimatı keçirilib, Azərbaycanda satışına başlanılıb - QİYMƏTLƏR

(®) “Xiaomi” şirkəti Barselonada təşkil edilən eksklüziv tədbirdə yeni flaqman “Xiaomi 15” seriyası smartfonlarının rəsmi təqdimatını keçirib.
Azərbaycanda satışa 21 mart 2025-ci ildə start verilib.
Peşəkar mobil fotoqrafiya flaqman seriyası hesab olunan “Xiaomi 15 Series”, “Leica Summilux” optikası sayəsində istifadəçilərə istənilən şəraitdə heyrətamiz fotoşəkillər və videolar çəkməyə imkan verir.
Ən müasir “Xiaomi HyperOS 2” əməliyyat sistemi ilə təchiz edilmiş “Xiaomi 15 Series” smartfonları, yeni nəsil fasiləsiz mobil əlaqə yaratmaq üçün performansı, bağlantını və AI imkanlarını optimallaşdıraraq tamamilə yenilənmiş istifadəçi təcrübəsini təmin edir.
“Xiaomi 15”: Kompakt formatda flaqmana xas mükəmməllik
Rahatlıq və portativlik üçün yaradılmış “Xiaomi 15” üç rəngdə təqdim olunur: klassik donuq tərtibatda qara, ağ və yaşıl.
“Xiaomi 15”in dizaynı cihazın möhkəm və davamlı olması üçün düşünülüb. Mikro səviyyədə əyilmiş alüminium çərçivə möhkəmliyi 33% artırmağa imkan verir.¹
LIPO¹ texnologiyası sayəsində smartfon heyrətamiz 94%-lik⁴ ekran-korpus nisbətinə və cəmi 1,38 mm-lik ultranazik çərçivələrə malikdir ki, bu da displey və korpusun dəqiq birləşməsini təmin edir.
“Xiaomi 15”in əsas kamerası, yüksək ötürmə əmsalına malik 7P asferik linza, antiblik örtük və ƒ/1.62 geniş diafraqma ilə təchiz edilmiş “Leica Summilux” optikası ilə təmin edilib ki, bu da istənilən işıqlandırma şəraitində üstün işıq həssaslığını və mükəmməl dəqiqliyi təmin edir.
Yüksək dinamikliyə malik “Light Fusion 900” sensoru sayəsində kamera üç əsas fokus məsafəsində (23 mm, 28 mm və 35 mm) peşəkar fotoşəkillər yaratmağa imkan verir.
Mükəmməl teleobyektiv kadrlar əldə etmək üçün “Xiaomi 15”, 50 meqapiksellik sensorla təchiz edilmiş “Leica 60” mm üzən teleobyektiv kameraya malikdir. Bu kamera uzaq məsafədən ən kiçik detalları çəkməyə və 10 sm-dən başlayan fokus məsafəsinə malik makro-fotoşəkillər əldə etməyə imkan verir.
Sistemi 50 MP genişlənməyə və ƒ/2.2 işıq gücünə malik 14 mm-lik ultra-genişbucaqlı “Leica” kamerası tamamlayır. Bu kamera heyrətamiz genişbucaqlı kadrlar çəkmək üçün yeni yaradıcı imkanlar açır.
Yüksək dəqiqlikli ani çəkilişlər üçün işlənib hazırlanmış “Fastshot” rejimi, bütün fokus məsafələrində cəmi 0,6 saniyəlik heyrətamiz kadr tutma sürəti ilə son dərəcə sürətli küçə fotoçəkilişlərini təmin edir¹ və hər anı tarixin yaddaşına köçürməyə imkan verir.
“Xiaomi Master Videography” istifadəçilərə studiya səviyyəli peşəkar videoçəkiliş imkanları təqdim edir. Əsas kamera saniyədə 30 kadr sürəti ilə 8K videoçəkiliş imkanını, həmçinin bütün fokus məsafələrində 4K 60fps-lik Dolby Vision® texnologiyasını dəstəkləyir.
Sistemi tamamlayan 4 mikrofonlu massiv səsin məkan səviyyəli yazılışını təmin edərək dərin kinematoqrafik effekt yaradır.
“Xiaomi 15” 2670 × 1200 piksel genişlənməyə və 460 ppi-lik yüksək sıxlığa malik kompakt 6,36 düymlük CrystalRes AMOLED displey ilə təchiz edilib.
Müxtəlif ssenarilərdə 3200 nit maksimum parlaqlıq (25% APL şəraitində) hətta parlaq işıqlandırma şəraitində belə dəqiq və dolğun təsvirləri təmin edir.
“Xiaomi”nin işləyib hazırladığı M9 paneli ekranın enerji istehlakını 10%⁵ azaltmaqla, daha canlı və dolğun rəng ötürülməsini təmin edir, həmçinin cihazın ümumi effektivliyini artırır.
Bundan əlavə, “Xiaomi 15” “Low Blue Light” (aparat həlli), “Flicker-Free” və “Circadian Friendly” standartları üzrə “TÜV Rheinland” sertifikatına malikdir, həmçinin bütün parlaqlıq səviyyələrində “DC Dimming” texnologiyasını dəstəkləyir ki, bu da uzunmüddətli istifadə zamanı belə komfortlu kontent izlənməsini təmin edir.
Yüksək performansa malik ən yeni avadanlığın tam gücünü hiss edin
Növbəti nəsil prosessor platformasını innovativ soyutma sistemi və qabaqcıl enerji qənaəti texnologiyaları ilə birləşdirən “Xiaomi 15” seriyası istifadəçi təcrübəsini yeni səviyyəyə çatdırır.
Snapdragon® 8 Elite Mobile platforması əsasında çalışan “Xiaomi 15” əvvəlki nəsillərlə müqayisədə prosessorun performansında 45% artımı, enerji istehlakında isə 52%¹ azalmanı, həmçinin qrafik prosessorun performansında 44% artımı və enerji istehlakında 46%¹ azalmanı təmin edir.
“Xiaomi IceLoop” soyutma sistemi sayəsində “Xiaomi 15” cihazları video yazılışı, hesablama fotoqrafiyası, real zaman rejimində süni intellektdən istifadə və intensiv oyunlar kimi mürəkkəb tapşırıqlarda misilsiz sərbəstlik səviyyəsinə çatır. Qanadın innovativ konstruksiyasına əsaslanan soyutma sistemi çərçivə ilə təması yaxşılaşdırır və cihazın temperaturunu effektiv şəkildə azaldır.
Batareya və şarj məsələlərinə gəlincə, “Xiaomi 15” gün ərzində işi təmin edən⁴ “Xiaomi Surge” batareya idarəetmə sistemindən istifadə edir.
“Xiaomi 15”, 90 Vt gücündə “HyperCharge” texnologiyasını və 50 Vt gücündə simsiz “HyperCharge” şarj texnologiyasını dəstəkləyən 5240 mА•s (tipik qiymət) həcmli “Xiaomi Surge” batareyası ilə təchiz edilmişdir.⁷
“Xiaomi 15” seriyası qabaqcıl LPDDR5X operativ yaddaşla təchiz edilmişdir. “Xiaomi 15” smartfonlarında UFS 4.0 məlumat saxlama texnologiyasından istifadə olunur. “Xiaomi 15 Ult” 12 GB + 256 GB və 12 GB + 512 GB konfiqurasiyalarında mövcuddur.⁹
Yenilənmiş “Xiaomi HyperOS 2” ilə yeni imkanları kəşf edin
Ən yeni “Xiaomi HyperOS 2” sistemi ilə çalışan “Xiaomi 15” seriyası 3 əsas texnoloji innovasiyanı təqdim edir: “Xiaomi HyperCore”, “Xiaomi HyperConnect”¹⁵ və “Xiaomi HyperAI”¹⁰. Bu texnologiyalar daha geniş funksionallıq, rəvan çalışan sistem, platformalararası qarşılıqlı əlaqə, daha yüksək təhlükəsizlik və məxfilik sayəsində, həmçinin performansı yüksəltmək üçün süni intellektin qabaqcıl alətlərinə və AI həllərinə çıxışı təmin etməklə istifadəçilərə daha yaxşı mobil təcrübə imkanı təqdim edir.
“Xiaomi HyperAI” süni intellekt əsaslı güclü alətlər dəsti sayəsində istifadəçilərin performansını və yaradıcılıq potensialını artırır. Bunlara AI-avtoyazı¹² və AI-səstanıma¹² kimi funksiyalar, həmçinin effektivliyi artırmağa xidmət edən bir sıra digər həllər daxildir.
İstifadəçilərə yaradıcılıq potensiallarını açmağa kömək etmək üçün AI-yaradıcılıq assistenti yeni nəsil foto və videoçəkiliş alətləri təklif edir¹³. Bunlara AI-təsvirin yaxşılaşdırılması¹⁴, AI-təsvirin genişləndirilməsi¹⁴, AI-pozan Pro¹⁴, AI-əksetdirmənin silinməsi, AI-Səma dəyişdirmə və AI-Film daxildir. Bu texnologiyalar asanlıqla və tez bir şəkildə peşəkar keyfiyyətli şəkillər və videolar əldə etməyə imkan verir.
“Google” və “Xiaomi” şirkətlərinin əməkdaşlığı nəticəsində “Google Gemini” indi “Xiaomi” tətbiqlərində axtarış apara və əməliyyatlar yerinə yetirə bilir.³⁰ Bu əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq istifadəçilərə “Gemini” vasitəsilə “Xiaomi Notes”, “Xiaomi Calendar” və “Xiaomi Clock”a birbaşa giriş imkanı təqdim olunur.
“Xiaomi HyperOS 2”nin əsasını “Xiaomi HyperCore” texnologiyası təşkil edir. Bu özəl texnoloji platforma sistemin maksimum rəvan fəaliyyətini, performansını, sistem səviyyəsində tətbiq yeniləmələrini və s. təmin edir.¹⁵ “Xiaomi HyperCore”un yenilənmiş estetikası kinematoqrafik elementlərdən ilhamlanaraq yenilənmiş şablonlara və üslublara malik yeni kilid ekranı dizaynını əhatə edir. Təkmilləşdirilmiş qrafik altsistem yeni animasiyaları dəstəkləyir, yenidən işlənmiş əsas ekran isə istifadəçilərə daha axıcı və eleqant qarşılıqlı əlaqə təcrübəsi təklif edir.
“Xiaomi HyperConnect” cihazlar, platformalar və ekosistemlər, o cümlədən planşetlər və iOS/macOS platformaları arasındakı sərhədləri aradan qaldırır.¹⁶ Yeni “Cross-device Camera” funksiyası istifadəçilərə başqa bir cihazın kamerasına qoşulmağa, lakin eyni zamanda “Xiaomi 15” seriyasının təmin etdiyi müstəsna təsvir emalı keyfiyyətini qoruyub saxlamağa imkan verir. Bundan əlavə, “Combined Cameras” funksiyası bir neçə cihazdan video axınlarını birləşdirməyə və onları bir ekranda göstərməyə imkan verir ki, bu da canlı tədbirlərin, mühazirələrin və ya təlim videolarının çəkilişi üçün xüsusilə faydalıdır.
Qiymətlər və əlçatanlıq
“Xiaomi 15” 12 GB + 512 GB⁸ yaddaş variantı ilə ağ, yaşıl və qara rənglərdə⁷ təklif olunur.
Tövsiyə olunan pərakəndə satış qiyməti — 1999 AZN-dən başlayan qiymətlər
“Irshad” elektronika mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Erkən sifarişi “Kontakt Home” və “Baku Electronics” saytlarından edə bilərsiniz.
Yalnız martın 21-dən 31-dək! “Xiaomi 15” smartfonu alarkən hədiyyə olaraq dəbli və funksional “Xiaomi Watch S3” smart-saatını əldə edəcəksiniz! Bir komplektdə həm güclü smartfon, həm də smart-saat əldə etmək fürsətini qaçırmayın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
-
1 gün əvvəl
Son bir gündə vətəndaşların bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu
-
1 gün əvvəl
Neft Fondu dövlət büdcəsinə 3 milyard 620,3 milyon manat transfert edib
-
1 gün əvvəl
122, 160A, 193, 195 və 503 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarılıb
-
1 gün əvvəl
Azərbaycanın icmal büdcəsində 1 milyard 683 milyon manat profisit yaranıb
-
1 gün əvvəl
1 aprel tarixinə Azərbaycanın 5 milyard dollardan çox xarici dövlət borcu olub
-
1 gün əvvəl
Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolu tikilir - 40 MİLYON MANAT AYRILIB
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu

Dövlət büdcələrinin icrasına dair operativ məlumat

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”

Uber, Trendyol Go-nu satın almaq üçün danışıqlar aparır

Bankların adından Azərbaycan Prezidentinə müraciət ünvanlanıb

“Norm” şirkətində yığıncaq keçiriləcək

Quşçuluq şirkətinin direktoru vəzifədən azad ediləcək və yeni direktor təyin ediləcək
.jpg)