Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında, xüsusilə Yapon yeni və Kanada dolları qarşısında bahalaşıb. Belə ki, USD/JPY valyuta cütlüyü 147.400 səviyyəsindən 148.640 səviyyəsinə qədər yüksəlib. USD/CAD cütlüyü isə 1.43650 həddindən 1.44500 həddinə qədər artım göstərib. Qızıl da ötən gün bahalaşıb. Qiymətli metal 2994$-a qədər dəyər qazanıb və yeni tarixi rekord həddi müəyyən edib.
Ötən gün ABŞ prezidenti Donald Tramp Avropanın Amerika viskisinə tətbiq etdiyi 50%-lik rüsumlara cavab olaraq Avropa İttifaqından alkoqol məhsullarına 200% rüsum tətbiq edəcəyinə söz verib. Bunun fonunda Avropanın spirtli içki istehsalçılarının səhmləri ucuzlaşıb.
ABŞ-ın Əmək Nazirliyinin cümə axşamı günü dərc etdiyi məlumatlara əsasən, fevral ayında ölkədə İstehsal Qiymətləri İndeksində (PPI) artım illik ifadədə 3.2% təşkil edib. Analitiklər göstəricinin 3.3% səviyyəsində dərc olunacağını proqnoz etmişdilər. Aylıq ifadədə istehsal qiymətləri fevral ayında dəyişməyib. Ərzaq və enerji xərclərini istisna edən İstehsal Qiymətlərinin Baza İndeksi (Core PPI) fevralda illik ifadədə 3.4% artıb. Aylıq ifadədə göstərici 0.1% azalıb.
Həmçinin, ABŞ-da ötən həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 2 min azalaraq 220 minə qədər enib. Analitiklər işsizlik müavinəti üçün müraciət edənlərin sayının 225 minə qədər yüksələcəyini ehtimal etmişdilər. Ölkədə son dörd həftə ərzində müraciətlərin ortalama sayı 224.5 mindən 226 minə qədər artıb. Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi isə yanvar ayında illik ifadədə dəyişməyib. Bu, 2024-cü ilin dekabr ayından bəri ən yaxşı nəticə olub.
Bugün investorların marağına səbəb olacaq əsas xəbərlərdən Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksini və Böyük Britaniyada dərc olunacaq ÜDM göstəricilərini qeyd etmək olar. Eləcə də, Birləşmiş Krallıqda dərc olunacaq Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi bazar iştirakçıları tərəfindən diqqətlə izləniləcək.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Ən çox oxunanlar
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?





















