Azercell İSO sertifikatını alıb
Azercell Telekom MMC növbəti dəfə keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2014 sertifikatını alıb.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, bu sertifikat keyfiyyətli idarəetmə sisteminin Azercell-in öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.
Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb.
Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.
Azercell Telekom MMC-nin məhz müştərilərlə iş sahəsində fəaliyyətinin qiymətləndirilməsi təsadüfi deyil. Azercell müştəri şikayətlərini bir təkmilləşdirmə fürsəti olaraq görür, şikayətlərin idarəedilməsi zamanı məxfilik, düzgünlük, tərəfsizlik, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir. Həmçinin, şikayətləri səmərəli həll etmək ilə yanaşı müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Qeyd edək ki, Azercell Telekom ilk dəfə 2011-ci ilin martında sertifikatlaşdırma auditindən uğurla keçərək ISO 10002 Standartına uyğunluq sertifikatını qazanıb.
Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir.Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb. Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 müştəri xidmətləri mərkəzi və 347 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 21 saat sonra
-
17 d. əvvəl
“ABB-İnvest” birja dövriyyəsinin təxminən yarısını "ələ keçirib"
-
24 d. əvvəl
İki təsisçisi şirkətdən ayrıldı – Kapital 4,41 milyon manat azaldıldı
-
42 d. əvvəl
Bakı Fond Birjasının dövriyyəsindən 14 milyard manat “silindi”
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
50 milyon manatlıq istiqrazlara 146 milyon manatdan çox sifariş verildi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank istiqrazlarına investor axını: Tələb təklifi 3 dəfə üstələdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Modenis” MMC (eManat) “MPAY” MMC-yə qoşulur
Ən çox oxunanlar
Cərimələr müəyyənləşdi - 50 MIN MANATADƏK CƏRİMƏLƏR
Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib






















