Mərkəzi Bank: Qərar sabah saat 11:00-da açıqlanacaq
Mərkəzi Bank növbəti faiz qərarı barədə məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 12 mart 2025-ci il tarixində saat 11:00-da yayımlanacaqdır.
12 martda Mərkəzi Bankda mətbuat konfransı keçirilməyəcək.
Xatırladaq ki, 2025-ci ilin ilk iclasında, 22 Yanvar 2025-ci il tarixində, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Əlavə edək ki, artıq ardıcıl 6-cı iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlamışdır.
Azərbaycan Mərkəzi Bankının illik inflyasiya hədəfi 4±2% aralığındadır.
Mərkəzi Bank bildirib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcəkdir.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz artıb.
2025-ci ilin yanvar ayında isə istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz artıb. Dövlət Statistika Komitəsi 2025-ci ilin fevral ayı üzrə illik inflyasiya məlumatını açıqlamayıb.
Əgər Fevrada illik inflyasiyanın artım tempi azalarsa, Azərbaycan Mərkəzi Bankı faizlərini aşağı sala bilər. Əksinə, fevralda illik inflysaiya daha da sürətlənərsə, Mərkəzi Bank bu dəfə də faizlərini dəyişməz saxlaya bilər.
Taleh Kazımov Mərkəzi Bankın faizlərini aşağı sala biləcəyinə işarə etmişdir
"Növbəti faiz qərarlarımız faktiki və proqnozlaşdırılan inflyasiyadan, iqtisadiyyatda olan meyllərdən asılı olacaq. Bizim gözləntilərimiz doğrulduğu şəraitdə, yəni, inflyasiya hədəf diapozonunda və daha aşağı səviyyələrdə formalaşmasını müşahidə etdiyimiz zaman, biz öz pul siyasətimizi yumuşaltma istiqamətində nəzərdən keçirəcəyik", - 22 Yanvar 2025-ci il tarixində keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirmişdi.
İNFLYASİYA PROQNOZUNU 0,3 FAİZ BƏNDİ AZALDIB
Qeyd etdiyimiz kimi, Mərkəzi Bank mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir. Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bank bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı. İnflyasiya proqnozunun 0,3 faiz bəndi aşağı salınması kənd təsərrüfatı məhsulları indeksində artımın daha aşağı olacağının gözlənilməsilə bağlıdır.
Taleh Kazımov qeyd edib ki, inflyasiya azalma trendində olduğu üçün Mərkəzi Bankın İdarə Heyəti pul siyasətini yumşalda bilər: "İdarə Heyətində bu fikiri dəstəkləyənlərin sayı getdikcə artır".
Mərkəzi Bankın sədri əlavə edib ki, uçot dərəcəsində 7% səviyyəsi Mərkəzi Bank üçün neytral səviyyədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
17 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















