Azərbaycanda ardıcıl 2 aydır dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb
2025-ci ilin ilk 2 ayında pul bazası 1 milyard manatdan çox azalıb.
2025-ci ilin fevral ayında Azərbaycanda pul bazası 282,1 milyon manat və ya 1,4% azalıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib.
2025-ci ilin yanvar ayında pul bazası 792,4 milyon manat və ya 3,8% azalmışdı.
Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat, 31.01.2025-ci il tarixində isə 20 milyard 124.1 milyon manat təşkil etmişdi.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (mln. AZN)
28.02.2025 19842.0
31.01.2025 20124.1
29.12.2024 20916.5
29.11.2024 20576.8
31.10.2024 20474.9
30.09.2024 20897.4
30.08.2024 20550.0
31.07.2024 20731.5
28.06.2024 20401.0
31.05.2024 19948.0
30.04.2024 19995.9
29.03.2024 20396.4
29.02.2024 20131.8
31.01.2024 20271.1
30.12.2023 20875.2
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 13 saat sonra
-
11 d. əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
-
49 d. əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
-
53 d. əvvəl
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Ən çox oxunanlar
"Bank Respublika" nizamnamə kapitalını artırır
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi




























