Dövlət Mülki Aviasiya Agentliyi publik hüquqi şəxsə çevrilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi publik hüquqi şəxs yaradılır.
“Marja” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənədə əsasən, yeni publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında yaradılır.
Dövlət başçısının digər Fərmanı ilə Dövlət Mülki Aviasiya Agentliyinin Nizamnaməsi təsdiqlənib.
XXX
Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mülki aviasiyada idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə həyata keçirilən fəaliyyətin optimallaşdırılması və dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılsın.
2. “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Nazirliyin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir;
3.2. Agentlik bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;
3.3. Agentliyin fəaliyyətinin təşkil və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, həmçinin Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir;
3.4. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün dörd üzvdən – sədr və onun üç müavinindən ibarət İdarə Heyəti yaradılır.
4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;
4.1.3. Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;
4.2. Nazirliyə:
4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. hava limanlarının (aeroportların) idarə edilməsi ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Agentlik işçilərinin xidməti geyim formaları nümunələrini, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan qurumların balansındakı dövlət əmlakının Agentliyin balansına verilməsi və Agentliyin inzibati bina ilə təmin olunması məsələlərinin həlli üçün tədbirlər görsün;
5.4. Agentliyin 2025-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Nazirlik:
6.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
6.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2025-ci il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
2 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
4 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
5 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
6 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
6 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir


























