Peskov, Putinin Trampı mayın 9-da Moskvada qəbul etməyə hazır olduğunu açıqlayıb
Rusiya Prezidentinin mətbuat katibi Peskov bildirib ki, Putin və Tramp arasında mümkün görüş yeri kimi Ər-Riyad qeyd edilib, lakin bu məsələ ilə bağlı yekun qərar yoxdur. Onun sözlərinə görə, dövlət başçılarının görüşünə hazırlıq həftələr və ya aylar çəkə bilər. Kreml həmçinin qeyd edib ki, Putin Trampı mayın 9-da Moskvada görməyə şad olacaq. Rubl Tramp və Putin arasında gözlənilən mümkün görüş xəbəri ilə bahalaşır. Rusiya Mərkəzi Bankı fevralın 14-nə dolların rəsmi məzənnəsini birdən-birə 3 rubl aşağı salıb.Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş yeri kimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın adı çəkilib, lakin bu məsələ ilə bağlı yekun qərar yoxdur.
Marja xəbər verir ki, onun sözlərinə görə, dövlət başçılarının görüşünə hazırlıq bir neçə həftə və ya aylar çəkə bilər.
Trampın mayın 9-da Moskvaya səfərinin mümkünlüyündən danışan Peskov qeyd edib ki, Putin Amerika liderini Qələbənin 80-ci ildönümündə görməkdən şad olacaq.
“Həqiqətən də Ər-Riyadın adı çəkildi. Amma indiyədək bu məsələ ilə bağlı nə işçi səviyyəsində, nə də ən yüksək səviyyədə heç bir qərar qəbul edilməyib”, – Peskov "Birinci Kanal"a müsahibəsində deyib . O, əlavə edib ki, iki lider arasında görüşə hazırlıq “həftələr, aylar və bir neçə ay” çəkə bilər.
Kreml sözçünün sözlərinə görə, iki ölkə liderləri öz köməkçilərinə təmaslara başlamaq üçün lazımi göstərişlər veriblər.
Peskov qeyd edib ki, Putin və Tramp Avropanın gələcək danışıqlarda iştirakını müzakirə etməyiblər. Ukraynanın özünə gəlincə, o, “bu və ya digər şəkildə, əlbəttə ki, danışıqlarda iştirak edəcək”.
Trampın mayın 9-da Moskvaya gəlməsinin gözlənilməsi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, faşizm üzərində qələbənin simvolu olan bu gün “indiki şəraitdə xüsusilə vacibdir”. “Və buna görə də, bu qələbənin sevincini və bu günün əhəmiyyətini bizimlə bölüşməyə qərar verən ölkələr, xüsusən də böyük dövlətlər varsa, əlbəttə ki, biz və xüsusən də prezident Putin onları Moskvada məmnuniyyətlə qarşılayacağıq”, – Peskov cavab verib.
Çərşənbə günü, fevralın 12-də Putin və Tramp arasında ilk rəsmi söhbət baş tutub. Kremlin məlumatına görə, söhbət təxminən bir saat yarım davam edib. Digər məsələlərlə yanaşı, Ukrayna məsələsi də müzakirə olunub. Peskov deyib ki, Putin və Tramp öz köməkçilərinə dərhal görüş üzərində işə başlamaq barədə göstəriş verməyə razılaşıblar. Tramp Rusiya prezidenti ilə danışdıqdan sonra ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib.
Rubl Putin və Tramp arasında gözlənilən mümkün görüş xəbərləri ilə bahalaşır. Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini fevralın 14-nə 91 rubl təyin edib, onu birdən-birə 3 rubl aşağı salıb, sonuncu dəfə dolların rəsmi məzənnəsi təxminən beş ay əvvəl, 2024-cü il sentyabrın 19-da 92-dən aşağı olub. Analitiklər rublun bahalaşamsını geosiyasi gərginliyin azalacağını vəd edən, müsbət xəbər fonunun güclənməsi ilə əlaqələndirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
-
12 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
12 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
12 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
12 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
13 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
13 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü



















