Türkiyədə market qiymətləri tək saytda - Vətəndaşlar qiymətləri müqayisə edə biləcəklər
Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, TÜBİTAK-ın həyata keçirdiyi işlər nəticəsində market qiymətlərinin yer aldığı internet saytının istifadəyə verildiyini açıqlayıb. Vətəndaşlar şəbəkə market filiallarında 50 minə yaxın məhsulun qiymətlərini görə və müqayisə edə biləcəklər.Türkiyədə şəbəkə marketlərdəki 50 minə yaxın məhsulun qiymətlərinə baxmağı və müqayisə etməyi mümkün edən internet saytı açılıb.
Marja.az xəbər verir ki, mövzu ilə bağlı sosial media hesabından açıqlama verən ölkənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır aşağıdakıları qeyd edib:
“Mərkəzi Bankın və digər əlaqədar dövlət qurumlarının araşdırmaları üçün TÜBİTAK-ın köməyi ilə apardığımız işlərin məhsulu olan internet saytını bütün vətəndaşlarımızın faydalanması və istifadəsinə açdıq. Bu sayədə hər kəs market və supermarket şəbəkə filiallarında 50 minə yaxın məhsulun qiymətlərini görə və müqayisə edə biləcəklər”.
Vətəndaşlar marketfiyati.org.tr vasitəsilə bazardan bazara məhsul qiymətlərini müqayisə edə biləcəklər.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























