Rusiyadakı biznesini 700 milyon avro zərər ilə satır
Hollandiyanın ING Bankı Rusiyadakı biznesini satır. Alıcı Rusiyanın "Global Development" ASC şirkəti olacaq. Müqavilənin 2025-ci ilin üçüncü rübündə bağlanması planlaşdırılır. ING, Rusiya bazarından çıxışın şirkətə 700 milyon avro zərər gətirəcəyini gözləyir.Hollandiyada yerləşən ING Bankı Rusiyadakı aktivlərini təxminən 700 milyon avro zərərlə satacağını açıqlayıb.
Marja.az xəbər verir ki, ING-nin yazılı açıqlamasında, Bankın Rusiyadakı aktivlərinin satışı ilə bağlı razılığın əldə edildiyi qeyd edilib.
Açıqlamada, aktivlərin Rusiyada yerləşən “Global Development” adlı şirkətə satılacağı və razılaşma nəticəsində Bankın təxminən 700 milyon avro itirəcəyi gözlənildiyi bildirilib.
Açıqlamada Bankın 2022-ci ilin fevralından bu yana Rusiyada heç bir yeni iş görmədiyi və ya şirkətlə işləmədiyi və ölkədəki əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltdığı bildirilib.
Rusiyadakı bir çox Qərb şirkətləri Ukrayna müharibəsi və sanksiyalara görə ölkədəki fəaliyyətlərini azaldıb və ya dayandırıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
9 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















